Prezident Ağdam rayonu üzrə xüsusi nümayəndəsi vəzifəsi ləğv edildi

Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi vəzifəsi ləğv olunub.
Sozcu.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sənədə əsasən, “Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 may tarixli 2656 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 493) ləğv edilib.


Oxşar Xəbərlər

Xəbər lenti