Bakıda aksiyaya cəhdlə bağlı rəsmi AÇIQLAMA

“Dekabrın 11-də saat 15 radələrində 8-10 nəfərdən ibarət bir qrup şəxs metronun “28 May” stansiyasının yaxınlığında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış toplantı keçirməyə cəhd göstərib”.
Sozcu.info  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynov mətbuatın sorğusuna cavab olaraq bildirib.
“Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıb. Saxlanılan olmayıb”, - deyə o qeyd edib.


Oxşar Xəbərlər

Xəbər lenti