RAMİZ MEHDİYEVİN KÖMƏKÇİSİ İŞLƏMİŞ BALDIZI OĞLU SAXLANILDI - AMEA-nı de-fakto idarə edirdi

AMEA Prezidenti katibliyinin rəisi, siyasi elmlər doktoru Eldar Qurban oğlu Əmirov saxlanılıb.
"Sozcu.info" Unikal.org-a istinadla xəbər verir ki, E. Əmirov hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı tutulub. 
Qeyd edək ki, "AzPolitika.info"ya daxil olan məlumata görə, Eldar Əmirov Ramiz Mehdiyevin baldızının - arvadı Qalina Yuryevnanın bacısının oğludur.
O, R.Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar onun köməkçisi də işləyib.
Qeyd edək ki, AMEA-da baş verən bütün qanunsuzluqların başında da E. Əmirovun dayandığı bildirilir. (bax: AMEA-nı DE-FAKTO İDARƏ EDƏN ƏMİROV KİMDİR? - Onu Mehdiyevin "sağ əli" edən nədir?)



Oxşar Xəbərlər

Xəbər lenti