Hacıbala Abutalıbovun “sağ əli” azadlığa çıxdı

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyev azadlığa buraxılıb.
Bu barədə Sozcu.info-ya onun vəkili Rəsul Yusifbəyli bildirib.
Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti qismən təmin edilib: "Rasim Quliyevin cəzası dəyişdirilərək 2 il müddətinə şərti hesab olunub".
Qeyd edək ki, R.Quliyevin barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.


Oxşar Xəbərlər

Xəbər lenti