8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Təhsil naziri Emin Əmrullayev “Təhsil biznesi problem və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən repetitorluq kurslarından danışıb.O bildirib ki, Azərbaycanda repetitorluq kurslarının özəl sektordakı payı oturuşmuş ümumtəhsil məktəblərinin sayından qat-qat çoxdur. Onun sözlərinə görə, buna səbəb özəl kursların daha qısa və konkret olmasıdır:“Valideynin gözləntisi ondan ibarətdir ki, repetitor daha qısa müddət ərzində uşağın balını qaldırır. Ona görə ödəmə həvəsi daha yuxarıdır. Amma biz fundamental təhsilə qayıtsaq və tədqiqatlara baxsaq, görərik ki, valideynlər nə qədər pul xərcləyirsə, xərcləsin, aşağı siniflərdə aşağı nəticə göstərən şagirdlərin, yuxarı siniflərdə yaxşı nəticə əldə etməsi çox az hallarda, yeni daha çox istisna hallarda mümkündür. Təhsil uzunmüddətli, davamlı, arası kəsilməz prosesdir. Yəni 9 il heç nə etməyib, 10-11-ci siniflərdə kiməsə pul verib daha çox bal yığmaq mümkün deyil. Bu, məncə bizim cəmiyyətimizdə olan bir mifdir”.Bu, bir faktdır ki, illər öncə yalnız ali məktəbə hazırlaşdığı dövrdə 11-ci sinifdə təhsil alan cəmi bir neçə şagird repetitor yanına gedirdisə, hazırda bu kütləvi hal alıb. Eləcə də hazırda nəinki 11-ci, ibtidai sinifdən başlayaraq şagirdlər hazırlıq üçün repetitor yanına getməli olurlar. Səbəbini isə məktəbdə dərslə bağlı lazımi səviyyədə məlumat əldə edə bilməmələri ilə əlaqələndirirlər. Ancaq bu gün bir reallıqdır ki, məhz repetitor vasitəsilə hazılaşan şagirdlərin əksəriyyəti ali məktəbə daxil olur.Repetitor yanına getmədən qəbul imtahanında uğur qazanan abituriyentlər isə barmaqla sayılacaq saydadır. Bu isə əsasən valideynin maddi vəziyyətinin şox aşağı olması ilə əlaqələndirilir.Bu gün ölkə təhsilini “kölgə təhsili” hesab edən ekspertlər nazirin fikirləri ilə razılaşırmı? Dia.az-ın məlumatına görə, təhsil məsələləri üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirdi ki, heç kim nə övladının sağlamlığından, nə də pulundan bezib:“İndi 1-ci sinifdən başlayaraq repetitorluq var və 11 il ərzində valideynlər övladlarını repetitor yanına qoyurlar. Bu, 4-cü və 9-cu sinifdə daha da genişlənir. Artıq 1990-cı illərdən, nazir Misir Mərdanovun vaxtından başlayaraq, Dövlət İmtahan Mərkəzi yarandıqdan sonra təhsil strukturları, xüsusilə ümumtəhsil məktəbləri, təhsil idarəetmə orqanları “kölgə təhsili”nin arxasında gizlənib. Repetitor kursları, valideynlərin ödənişi hesabına uşaqların əldə etdiyi bilik, bacarıq, uğurları məktəbin adına yazmışıq.Cənab nazirin “Repetitorluq təhsilin keyfiyyətinə əsas deyil” deməsi əslində özünümüdafiədən başqa bir şey deyil. Bunu uşaq, valideyn, müəllim də bilir ki, əldə olunan bütün nəticələr repetitorluq kursunun hesabınadır. Bunun da səbəbləri Təhsil Nazirliyi ilə bağlı deyil. Bu, o demək deyil ki, ölkədə keyfiyyətli təhsil verən biləcək müəllimlərimiz yoxdur”.Ekspertin fikrincə, sistem belədir ki, Dövlət İmtahan Mərkəzinin mərkəzləşdirilmiş imtahanı, ölkənin təhsil siyasətini həyata keçirən Təhsil Nazirliyi və bu ölkənin təhsil siyasətini dağıdan DİM -in öz proqramı var.
Dia.az"Halbuki, qanunvericiliyə görə təhsil proqramlarını TN təsdiq edə bilər. Reallıq ondan ibarətdir ki, əgər mərkəzləşmiş imtahanda bir dəyişiklik olarsa, ən azı test hazırlanması DİM-dən alıb bitərəf bir təşkilata, Testologiya Mərkəzinə verilərsə və DİM texniki bir quruma çevrilərsə, o zaman “kölgə təhsili”nə böyük zərbə dəymiş olacaq. Nə valideyn ayda minimum 200 manatından, yaxud övladının səhhətindən bezib, halbuki ki, normativlərə görə 11-ci sinif şagirdinin dərsdən sonra 4 saatdan artıq dəsrlə məşğul olmasına icazə verilmir.Ancaq dərsdən sonra 10 saat repetitor yanına gedir, tapşırıqları yerinə yetirir və bu, şagirdin səhhətinə təsir edir. Nazirin bu fikri ilə razı deyiləm. Hesab edirəm ki, ölkədə təhsil sahəsində yaranmış bu boşluğu aradan qaldırmaq üçün kompleks tədbirlər görülməlidir. Bu tədbirlərdən biri kimi DİM-in test, vəsait hazırlamaq, öz proqramı ilə imtahan keçirmək səlahiyyəti alınmalıdır, o, texniki quruma çevrilməlidir. Təhsil Nazirliyi isə öz vəzifəsini layiqincə yerinə yetirməlidir.Bunun üçün də ilk növbədə kadrların peşəkarlıq səviyyəsi ilə bağlı sertifikasiyanı sürətləndirmək, ali məktəbdə pedoqoji sahədə kadr hazırlığına diqqət ayırmaq lazımdır”.