Qanunsuz parkinq Şəfiqə Məmmədovanın ittifaqına məxsus imiş


Bakının Nəsimi rayonunda yaradılan qanunsuz parklanmanın Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradıldığı məlum olub.

Musavat.com xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb. Həmçinin təqsirkarların müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri SSR Xalq artisti Şəfiqə Məmmədovadır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}