29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
"lenta.ru”nun verdiyi məlumata görə, sənədi spiker Vyaçeslav Volodin və 4 parlament fraksiyasının liderləri hazırlayıb. V. Volodin açıqlamasında bildirib ki, qanun layihəsi ABŞ və onun vəzifəli şəxsləri tərəfindən Rusiya Federasiyası, onun vətəndaşları, hüquqi şəxslərinə qarşı sanksiya, qeyri-konstruktiv fəaliyyətlər, düşməncəsinə ifadələrə cavab olaraq işlənib hazırlanıb.
Qanun layihəsi hələlik qanunverici orqanın elektron bazasında qeydiyyatdan keçməyib. İlkin müzakirələrin aprelin 16-da keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, aprelin 6-da ABŞ Maliyyə Nazirliyi rusiyalı top-menecerlərin, biznesmenlərin və məmurların olduğu yeni sanksiya siyahısını açıqlayıb.