26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Təmir-Təchizat-4” MMC olub.Sozcu.info yeniavaz.com-a istinadla xəbər verir ki, İcra Hakimiyyəti MMC-yə abadlıq işlərinin satınalınması xidmətinə görə 440 min 957 manat 86 qəpik ödəyəcək.Məlumat üçün bildirək ki, 10 manat nizamnamə kapitalı olan “Təmir-Təchizat-4” MMC-nin qanuni təmsilçisi Həsənov Elburus Məmməd oğludur. Şirkət 4 may 2005-ci ildə dövlət qeydiyyatına alınıb.Qeyd edək ki, 23 iyun tarixinə görə “Təmir-Təchizat-4” MMC-nin dövlət büdcəsinə 8 min 126 manat 80 qəpik vergi borcu var.Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.