Əli Babayev: “Dərziyevlərdən, Hacıyevlərdən Mirzəyevlərdən, Süleymanovlardan qat-qat artıq oğullarımız var”

 

 

Bu gün mədəniyyət mərkəzlərində, cəmiyyətlərdə ən aktualı odur ki, kimsə atasına yubiley keçirsin. Kimsə azərbaycanda kitab yazsın, onun burda təqdimatını keçirsin. Bununla da özlərinin işlərini sosial şəbəkələrdə reklam edirlər. Guya bunlar işləyirlər.

 

 


 

Müsahibimiz Gürcüstanın siyasi həyatında fəal iştirak edən, həmişə öz sözünü deyən, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayevdir.

- Əli müəllim, artıq hamıya məlumdur ki, siz iyirmi beş ildir ki, siyasətlə məşğulsunuz. Gürcüstan ilə Azərbaycan arasında əlaqələrin hər tərəfi inkişaf etdirilməsində, möhkəmləndirilməsində sizin də müəyyən dərəcə əməyiniz vardır. Olarsa bu barədə danışın.

- Mən siyasətə1989-cu illərdən, Gürcüstan –Azərbaycan münasibətlətində gərginlik olan vaxtlardan qoşulmuşam. Mən o vaxtlar Bakıda yaşayırdım və işləyirdim. Gürcüstandan olan bir qrup ziyalılar tərəfindən Borçalılar qrupu yaradıldı. Gürcüstanda soydaşlarımızn problemləri ilə məşğul olan cəmiyyət təsis edildi. Bu problemlərin həlli yollarını axtarırdıq. Onlardan biri də mən idm. Mən həmin vaxtlardan Gürcüstan-Azərbaycan münasibətlərinə, gürcü və azərbaycan xalqlarının birliyinə, dostluğuna, gələcək strastegiyasına geniş yer ayırmışam. Mən 1998-ci ildə Azərbaycandan Gürcüstana köçdüm. Azərbaycan vərəndaşlığından çıxdım və Gürcüstan vərəndaşlığını qəbul etdim. Sonra Eduard Şevardnadzenin dövründə Gürcüstanda yaşayan azərbaycanlıların çox problemləri mövcud idi. Torpaq, təhsil, mədəniyyət, din və sair problemlər. Reinteqrasiya prosesi çox zəifləmişdi. Biz dostlarımızla, həmfikirlərimiz ilə cəmiyyət yaratdıq və başladıq öz fəaliyyətimizə. O dövrlər mən Gürcüstanda soydaşlarımızın yaşadığı hər bir kənddə olmuşam. Soydaşlarımızın yığcam yaşadığı bölgələrdə, Aşağı Kartli bölgəsində: Marneuli, Bolnisi, Dmanisi, Qardabani və başqa rayonlarda, eləcə də soydaşlarımızın az və dağınıq yaşadığı rayonlarda:Kaspi, Msxeta, Kareli rayonlarının kəndlərində, Qaraçop mahalının kəndlərində olmuşam. Kutaisi, Zuqdidi və Acarada həmçinin. Yerlərdə soydaşlarımızın problemləri ilə tanış olurduq. Əsas bizim məqsədimiz yerlərdə əhali ilə görüşmək, onların problemləri ilə yerindəcə tanış olmaq idi, onları dinləmək idi. Və həmin problemləri hökumət strukturları qarşısında qoymaq idi, onların həllinə nail olmaq idi. Neçə illərdir ki, biz bu missiyanı yerinə yetiririk. Baxmayaraq ki, Gürcüstan azərbaycanları tarixində ən böyük çətinliklər 2003-2012- ci ilədək Mixail Saakaşvilinin rejimi zamanı idi. Insan hüquqları tapdalanırdı, biznes, torpaqlar insanların əlindən alınırdı. 5mindən çox soydaşımız həbs edilmişdi, 70 min nəfərdən artlq soydaşımız prossesual razılaşma ilə cərimələmnmişdi. 2012-ci ildə demək olar ki, Bidzina İvanişvili siyasətə gələndən sonra Gürcüstanda soydaşlarımızın ictimai durumu da reinteqrasiya prosesi də, bölgələrdə infrastrurkturlar da yaxşılığa doğru getməyə başladı. İndə də gündən günə yaxşılaşır, gözəlləşir. Bunu hamı bilir. Hər bir soydaşımız bunu təstiqləyə bilər. Bu proseslərdə bizim soydaşlarımız da fəal idi. Seçki proseslərində də fəall iştirak edib. Amma onu da deməliyəm ki, əvvəllər olduğu kimi bəzi problemlər yenə də qalmaqdadır. Bunlar bizi çox narahat edir. Təhsil, dil problemləri. Azərbaycan məktəbləri get-gedə bağlanır. Bunun da əsas səbəblərindən biri Gürcüstanda kadrların olmamasıdır. Müəllimlərin əksəriyyətinin yaşı altmışdan yuxarıdır. Gənc kadrlar çatışmır. Bu problem bizi narahat edir. Soydaşlarımızın yaşadığı elə bölgələr var ki, orada azərbaycan dili tədris olunmur və onlar azərbaycan dilində danışmaqda, yazmaqda çətinlik çəkirlər. Bu istiqamətdə biz konsepsiya işləyib hazırlamışıq və təhsil nazirliyinə göndərmişik. Hələlik bir cavab yoxdur. Mədəniyyət sahəsində də vəziyyər ürəkaçıcı deyildir. 1873-cü ildə Zaqafqaziyada ilk dəfə olaraq Tiflisdə əsası qoyulan Azərbaycan teatrı bərbad haldadır. Bu sahədə həlləlik elə bir addım atılmayıb, ancaq quruca vəd verirlər. Real iş isə hələlik görünmür. Ona Gürcüstan Mədəniyyət Nazirliyi, eləcə də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyoi fikir vermir. Halbuki, ermənilərin Avlabarda möhtəşən teatr binası var, onun normal şəraiti var. Hər tərəfli dəstək göstərildiyinə görə normal şəkildə fəaliyyət göstərir. Bundan başqa bizim mədəniyyət ocaqlarında da problemlərimiz var. Mirzə Fətəli Axubdov adına Azərbaycan Mədəniyyəti Muzeyində. Sağ olsun, SOKAR-ın rəhbərliyi, orada gözəl bərpa işləri apardı. Lakin orada gəlin görək, Mirzə Fətəliyə layiq, Azəbaycan mədəniyyətindən xəbəri olmayan rəhbərlik varmı. Muzeyin direktoru Leyla Əliyeva bu sahənin adamı deyil. Mən şəxsən o muzeyə getməyi özümə rəva görmürəm, çünki, bayaq dediyim kimi, Azərbaycan mədəniyyətindən məlumatı olmayan bir şəxs muzeyə rəhbərlik edir. Vaxtilə o, xəngəlxana müdiri idi. Mən bu barədə mədəniyyət naziri qarşısında məsələ də qaldırmışam. Azərbaycan mədəniyyət nazirinə də bu barədə demişəm. Üzümü SOCAR şirkətinə tutaraq deyirəm ki, Gürcüstanda yaşayan azərbaycanılılara inteqrasiya lazımdır. Bu gün imkan var. Bu şirkətin maddi yardımı ilə Gürcüstanda yaşayan minlərlə azərbaycanlı gənc müxtəlif universitetlərdə təhsili başa vurub, hazırda işsizdirlər. Olmazmı ki, testləşdirmə keçirilsin,muzeylərə, vakant olan yerlərə savadlı, Gürcüstanın tarixini, mədəniyyətini bilən, Azərbaycan-Gürcüstan münasibətlətlərini anlayan gənclər müsabiqə yolu ilə cəlb edilə. Müsabiqənin də qalibi irəli çəkilə. O yox ki, çoxdan pensiya yaşını keçən, 70 yaşı haqlayan Leyla Əliyeva muzeyə rəhbərlik edir. Özü də başda olmaqla muzey işçilərinin nə ilə məşğul olduqları bilinmir. Yalnız orada Bakıda yaşayan kiminsə ad günü, hansısa kitabın təqdimatı keçirilir. Bu da onlar üçün muzeyin əsas işi sayılır.

-Əli müəllim, bayaq reinteqrasiyadan söz saldınız. Azərbaycanlıların reinteqrasiya olunması artıq faktdır. Bəs reinteqrasiya olunmuş ,dövlət dilini mənimsəmiş soydaşlarımız niyə vəzifələrə təyin olunmur?

-Qarşıdan seçkilər gəlir. Süçki kampaniyası ərəfəsindəyik. Tiflis şəhəri merinin seçkisi və yerli idarəetmə orqanlarına seçkilər olacaq. Mən onlara da öz fikrimi demişəm. Hamı da bilsin. Gürcüstanda yaşayan azərbaycanlıların inteqrasiyasından söhbər getmir. Tiflis bələdiyyə idarəsində bir nəfər soydaşımız varmı? Tiflis merliyində bir nəfər soydaşımız işləyirmi? Istərsə də Msxeta -Mtianeti bölgəsini götürək, rayon rəhbərliyində bir nəfər azərbaycanlı yoxdur. Halbuki bu bölgədə minlərlə soydaşımız yaşayır. Elə götürək Kaxeti zonasını. Eləcə də Kartli zonasını. Eləcə də soydaşımızın yığcam yaşadığı Aşağı Kartli (Borçalı) bölgəsində kadr məsələsi düzgün qurulmayıb. Yerli kadrlara üstünlük verilmir. Elə gənclərimiz var ki, idarəetmə sistemini əla bilir,quruculuq işlərində fəal iştirak etmək imkanı var, dövlət dilini də əla bilir. Işləməyi də yaxşı bacarır. Lakin el orda elə adamlar işləyir ki, dövlət dilini, gürcü dilini bilmirlər. Idarəetmə sistemində səriştələri yoxdur. Həmin adamlar da sonradan deputat olurlar, idarəetmə strukturunda işləyirlər. Baxmayaraq ki, bu günkü hakimiyyətin qızğın tərəfadarlarından biri olmuşam, onun hakimiyyətə gəlməsində böyük əməyim var, hakimiyyətə gələn partiyanın təssisçilərindən biriyəm. Bu iqtidar partiyasının siyasi şurasının üzvü olmuşam. Bu gün də bu hakimiyyəti dəstəkləyirəm. Müəyyən problemlər yenə də mövcuddur. Onları da biz hakimiyyətin qarşısında qoynalıyıq. O yox ki,bir yerdə qrup-qrup yarana. Dünən Saakaşvilinin dəstəsində bayraqdarlıq edənlər indi bu tərəfə keçib öz mənafelərini güdməkdədirlər. Yalnız mən yaxşı olum, deyə düşünürlər. Onları başqa şey düşündürmür. Ona görə də problemlər yenə də mövcuddur. Mən indi deyə bilmərəm ki, kadrlar yoxdur. Bəli, əvvəllər yox idi. Ən yaxşı kadrlar 80-90-cı illərdə Azərbaycana, xaricə köç etdilər. Bu gün Gürcüstanda yaşayan azərbaycanlıların kifayət qədər kadr potensialı var. Böyük gənclik potensialı var. idarəetmə sistemində öz sözlərini deyə bilməyə imkanı olan qızlar və oğlanlar var. Bir şeyi də qeyd etmək istəyirəm ki, mənim dövlət strukturlarında işləməyə marağım olmayıb. Amma deputatlar sisteminə baxaq, yenə eyni formada olan adamlardır. İllər boyu oturub bir yerdə susurdular. Həmin ənənə yenə də davam edir. Ola bilə bu ənənə gələcəkdə də davam etsin. Bizə lazımdı, savadlı, dünyagörüşlü, milli ruhlu, vətənini, xalqını sevən insanlar.

- Əli müəllim, gürcü dilini bilməyən, yaşadığı dövlətin dilini bilməyən, ölkənin mədəniyyətindən, ənənəsindən halı olmayan və hətta öz doğma dilini belə bilməyən, başqa dövlətin dilində təhsil alanlar parlamentdə nə edə bilərlər?

-Elə mən də onu deyirəm, milli ruhda olmalı, öz mədəniyyətini, öz dilini də bilməli, dövlət dilini də. Bu ənənə aradan götürülməlidir. Köhnədən qalma belə bir ənənə var. Soydaşlarımnızın yığçam yaşadığı bir rayonda icra hakiminin müavini azərbaycanlı olmalıdır. Və bura da hansısa arxası olan, kiminsə adamı olan şəxs təyin olunur. Onun dil bilməsi arxa plana keçir.Beləliklə, müəyyən promlemlər yaranır. Mən bu yaxınlarda konstitusiya şurasına da müraciət etdim. Mətbuat konfransı da keçirdim. Gürcüstan secki məcəlləsində yazılıbdır ki, parlamentin üxvü olan şəxs dövlət dilini bilməlidir. Götürək, məsələn, qonşu Azərbaycanda azərbaycan dilini bilməyən şəxs Azərbaycanın millət vəkili ola bilərmi? Niyə Gürcüstanda bu ənənə var. Dərziyevlərdən, Hacıyevlərdən Mirzəyevlərdən, Süleymanovlardan qat-qat artıq oğullarımız vardır. Elminə, savadına, dünyagörüşünə görə fərqlənən, öz xalqının problemlərini ictimaiyyətə çatdıra bilən gənclərimiz vardır. Qanunvericilik orqanında öz sözünü deyə biləcək gənclərimiz çoxdur. Niyə bu adamlar bu günu irəli gedə bilmirlər? Kimdir bunları təcrid edənlər? Açığını deyim ki, Gürcüstana gələn, burda da sərmayə qoyan Azərbaycan şirkətləri Gürcüstanda azərbaycan ictimayyətinə rəhbərlik edirlər. Kadrları seçənlər onlardır. Kimisə də təyin etdirənlər onlardır. Bu düzgün hal deyil. O adamlar gərək, kim olur-olsun, təyin etdirdikləri kadrların elminə, düşüncəsinə baxsınlar. Azərbaycan-Gürcüstan münasibətlərində onların fəallağını nəzərə alsınlar. Kim olur –olsun, qıraqdan gələnlər burada meydan sulamamalıdırlar. Biz özümüz etməliyik hər şeyi. Bəli, 90-cı illərdə ən çətin vaxtlarda Azərbaycan bizə hər tərəfli yardım edirdi. 2000-ci illərdə də, sonralar da. Mən də minnətdaram Azərbaycanın rəhbərliyinə, cənab İlham Əliyevə ki, Gürcüstanın ən ağır günlərində yardım əlini uzadır. Bu günlərdə Borjomi vadisində yanğın zamanı birinci Azərbaycandan gələn yardım əlini hamı yaxşı bilir. Hər bir Gürcüstan vətəndaşı bunu minnətdarlıq hissi ilə xatırlayır. Biz bunda qürur hisi duyuruq. Amma bu kadr sistemində kiminsə tərəfindən təyin etmə prinsipi bizə lazım deyil.

- Yaxşı Əli müəllim, kimsə kimsə tərəfindən təyin olunur deyirsiniz. Axı, kadr məsələsi dövlət əhəmiyyətli məsələdir. Dövlətin öz işidir, öz prioritetidir. Dövlətin öz proqramı olmalıdır. Bu barədə də nə deyə bilərsiniz?

-Bəli, dövlətdə o adamlar olmalıdır. Dövlətə kim çatdırmalıdır. Bu konsepsiyanı çatdırmalıdır deputatlar. Dövlətə çatdırmalıdır ziyalılar. Bu gün ziyalılar adını ziyalı qoyub nə ilə məşğuldurlar. Özləri də bilmirlər. Bu gün xeyli qeyri-hökumət təşkilatları var. Oturublar çayxanalarda. Gələcək fəaliyyətlərini burda müzakirə edirlər. çıxsınlaır Gürcüstanın kütləvi informasiya vasitələrində danışsınlar. Mətbuat konfransları keçirsinlər. Onların söz deməyə imkanları var. Bu gün artıq demokratiyadır. Gürcüstanda hər bir kəs öz sözünü deyə bilir. Bu gün buna Bidzina İvanişvili imkan verdi. Hamının söz deməyə imkanı vardır. Öz konsepsiyalarını irəli sürməyə imkanları vardır bu gün. Amma bunu edən yoxdur. Hökumət də görür ki, SOCAR kiminsə namizədliyini irəli sürür, deputat edir, iş verir. Amma SOCAR bilməlidir ki, bu qədər tələbənin təhsil almasına yardım göstərir, gələcək nəsil yetişdirir. Onlara stimul vermək lazımdır. Bu gürcü dilini bilənlərə stimul lazımdır ki, onlar Gürcüstan ictimaiyyətində doğrudan da öz sözlərini deyə bilsinlər. Bu vacibdirmi, vacibdir.

- Vaxtilə Marneulidə azadlıq hərəkatı genişlənən bir dövrdə "Qeyrət” xalq hərəkatı yaradıldı. Müəyyən bir vaxt keçəndən sonra müəyyən söz dəyişiklikliyi ilə eyni adlı çəmiyyət yenə yaradıldı. Bu ənənə yenə də davam edir. Indi Gürcüstan azərbaycanlıların iki konqresi vardır. Bu barədə nə deyə bilərsiniz.

- Gürcüstanda azərbaycanlıların 160-dan artıq qeyri hökumət təşkilatı var. 2008-ci ildə çətin bir dövrdə biz prinsipial mövqe tutduq. Gürcüstan azərbaycanlılarının inteqrasiyası üçün, onların fəalyiyyəti üçün biz konqres yaratdıq. Gürcüstan Azərbaycanlılarının Konqresini. O vaxtlar insan hüquqlarının pozulması və bu kimi mənfi hallarını ictimaiyyətə, eləcə də beynəlxalq təşkilatlara çatdırıdıq. 2010-cu ildə bizim içimizdən olan şəxslər, Saakaşvilinin rejiminə yaltaqlanan məmurlar tərəfindən qrup yaradıldı və bu qrupa daxil olanlar konqresi məhv etməyi qarşlarına məqsəd qoydular. Və əməli işə başladılar. 11 nəfərlik idarə heyətinin dörd nəfər üzvü indi həbsdə olan dövlət məmuru Vaja Leluaşvilinin, həmin məmurlar qrupunun təsiri altına düşdülər. Marneulidə konqres keçirdilər. Gürcüstanın konstitusiyası, eləcə də qeyri-hökumət təşkilatları barədə qanuna zidd olaraq sədri də, 7 nəfər təsisçini də idarə heyətindən çıxartdılar, bu dörd nəfər və onlardan başqa keçmiş qubernator müavini, indiki " sədri”, ondan sonra rayon rəhbərlərinin müavinləri məkrəb direktorları, demək olar ki, deputat qrupunu idarə heyətinə saldılar. Ailəmin o dövrkü çətin durumundan, o dövrkü hakimiyyətinin ailəmə qarşı yeritdiyi siyasi böhtandan istifadə edərərk bu konqresi əlimdən aldılar. Əlbətdə ki, bu konqres 2012-ci ildən mən fikir edirəm ki, fəaliyyət göstərməyə elə bir hüququ yoxdur. Çünki onun sədri, keşmiş qubernator müavini, sonra da formal olaraq energetika nazirinin müavini olub. Bu adam şöhrət ordeni, Qorqasali ordeni alıb. Qorqasali ordenini müharibədə iştirak edənlərə verirlər. O vaxtlar Saakaşvilinin vaxtında ordeni demək olar ki, satırdılar. Bu işdə Hüseyn Yusubov fəallıq göstərirdi. MMC kimi fəaliyyət göstərən qondarma institutları bitirib, vəsifə alan bəzi soydaşlarımıza Şərəf ordenini verdirib. Bəziləri də iki dəfə Şərəf ordeni alıb. Elə biri onun atası. Başqaları da var, adlarını çəkmək istəmirəm.Yəni iki qat orden kavaleri. Heç yerdə görünməmiş haldır. Mənim bir sualım vardır. Bu adam Qorqasali ordenini nəyə görə aldı. Konqresi parçaladığına görə, Qafqaz müsəlmanları idarəsinin nümayəndəliyini dağıtdığına görə. Bu ənənəni yenə də davam etdirir. Aşıqlar birliyini əvvəlcə ikiyə parçaladı, ondan sonra onu da ikiyə böldü. Bu adam Gürcüstanda yaşayan problemlərlə məşğul olmaq əvəzinə yeni-yeni problemlər yaradır. Bu gün mədəniyyət mərkəzlərində, cəmiyyətlərdə ən aktualı odur ki, kimsə atasına yubiley keçirsin. Kimsə azərbaycanda kitab yazsın, onun burda təqdimatını keçirsin. Bununla da özlərinin işlərini sosial şəbəkələrdə reklam edirlər. Guya bunlar işləyirlər. Onu sizə çatdırmaq istəyirəm ki, biləsiniz. Bu adam kim idi? Vaxtilə Peterburqda reketlik ilə məşğul olurdu. Marneuli prokurorluğunda vaxtilə ona qarşı iş qaldırırlıb. Yenə də iş durur orda. Saakaşvili belə adamları yığırdı. Onun nə haqqı var idi konqresi əlinə keçirdi. İki il ərzində konqres nəinki Gürcüstanda, eləcə də onun hüduqdalarından kənarlarda öz fəliyyəti ilə tanındı, bir vətənpərvər, prinsipial, dinini sevən, mədəniyyıtini sevən, Gürcüstanda azərbaycanlıların inteqrasiyası sahəsində böyük addımlar atan, beynəlxalq aləmdə öz fəalyyəti ilə tanınan bu konqresin rəhbəri indi filan filankəsdir. Bütün Gürcüstan bilir ki, o, nə ilə məşğul idi. 2010-cu ilin dekabr ayında biz Gürcüstan Azərbaycanları Milli Konqresini yaratdıq. Amma hökumət tərəfindən qeydə alınmadı. 2013-cü il oktayabrın 3-də hakimiyyət dəyişdiriləndən sonra cəmiyyətimiz qeydiyyatdan keçirildi. Bütün Gürcüstanda hamı, azərbaycan ictimaiyyəti bilir ki, Gürcüstanda onların bir konqresi var, oda da ki, Milli konqresdir. Yenə də təkrar edirəm, bizim əsas vəzifəmiz ondan ibarətdir ki, burda yaşayan azərbaycanlılar öz dilini, mədəniyyətini qorusun, təhsilinə nail olsun, inteqrasiya prosesinə fəal qoşulsun. Və hokumət struktruklarlnda, dövlət strukturlarında layiqli yerlərini tutsunlar. Gənclərinizə önəm verilsin, onlar irəli çəkilsin. Ən sonda onu bir daha vurğulamaq istəyirəm ki, qarşıdan seçkilər gəlir. Istərdim ki, onlar çox fəal olsunlar, gözlərini açsınlar. Havayı səs verməsinlər, gələcək Gürcüstan naminə, Gürcüstanda yaşayan azərbaycanlılar üçün əlverişli olan layiqli namizədlərə səs versinlər. Və biz bunu həmişə demişik və deyirik. Bu qədər.

-Müsahibə üçün çox sağ olun, Əli müəllim!

Müsahibəni apardı: Mirzə Məmmədoğlu



Oxşar Xəbərlər

Xəbər lenti