Həkimlər Saakaşvilidə 17 xəstəlik aşkar ediblər


Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Gürcüstanın hazırda klinikada olan eks-prezidenti Mixail Saakaşvilinin qardaşı Georgi Saakaşvili həkimlərin ona 17 diaqnoz qoyduqlarını bildirib.

Georgi Saakaşvili deyib: “O, çox zəifdir. Son iki-üç gün ərzində ona daha üç diaqnoz qoyulub. Vəziyyətin öyrənilməsi üçün xarici mütəxəssislərin gəlişini gözləyirik. Onun xarici klinikaya aparılmasını mümkün qədər tez təşkil eləmək lazımdır. Səhv eləmirəmsə, onun artıq 14 diaqnozu var. Son günlərdə isə daha üçün əlavə olunub”.

O əlavə edib ki, uzunmüddətli aclıqdan sonra müalicə edilməsi üçün klinikaya yerləşdirilən Mixail Saakaşvili faktiki olaraq qida qəbul eləmir, 11 kq arıqlayıb.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}