28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
Yardımlı Rayon İcra Hakimiyyəti Yardımlı şəhərində bir neçə yolun təmiri üzrə tenderin qalibini açıqlayıb.
Hurriyyet.az xəbər verir ki, 754 726 manatlıq tenderin qalibi Yuzar İnşaat MMC-dir.
Tərəflər arasında müvafiq satınalma müqaviləsi bağlanılıb.
Qeyd edək ki, tenderlə Yardımlı şəhəri Daşkənd küçəsində avtomobil yolunun təmiri ( L=3,3km) , H Əliyev küçəsində avtomobil yolunun təmiri (Qəbiristanlığın altı L= 0.2 km), Bozayran İƏD-nin Bozayran kəndində avtomobil yolunun təmiri (çay yolu L=0,4km), Yardımlı şəhəri Şəhid Elçin Mansurov küçəsində avtomobil yolununun təmiri (L=0,5km), Yardımlı şəhər İƏD-nin V.Məmmədov küçəsində avtomobil yolunda istinad divarlarının təmiri üzrə işlər görüləcək.
FED.az