Məktəbdə yandırılan şagirdin VƏZİYYƏTİ AĞIRDIR
TƏCİLİ:
2 ölkənin səfirləri XİN-ə çağırıldı
Lənkəranda qazi vəfat edib -
FOTO
"Azərpoçt"un yeni rəhbəri bu şəxs OLDU
"Azərpoçt"un rəhbəri işdən çıxıb
İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib
Azərbaycanlı müğənni arıqlayıb tanınmaz hala düşdü -
FOTOLAR
Azərbaycanda məşhur sığorta şirkəti ləğv OLUNUR
Ceyhun Bayramov Baş nazirlə görüşüb -
FOTO
İlham Əliyev:
Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir
Roma-Bakı xəttində yeni təmas:
Meloni Azərbaycana gəlir
“Hamı başıma vururdu” -
Vəfa Şərifovadan ETİRAF
Əvvəlki
Sonrakı
Tramp İsrailin Livanı bombalamasını QADAĞAN ETDİ
17-04-2026, 19:33
AZƏRBAYCAN VƏ RUSİYA RAZILIĞA GƏLDİ
- Moskva kompensasiya ödəyəcək
15-04-2026, 23:31
İran nümayəndə heyəti belə qorunacaq
- Pakistan qırıcıları artıq bölgəyə yerləşdirilib
10-04-2026, 16:52
İsrail ABŞ-a QARŞI- Atəşkəs planı BÖHRAN YARATDI
9-04-2026, 17:32
“HƏR DƏFƏ EPŞTEYN İŞİ QALXANDA DÜNYADA BOMBALAR PARTLAYIR”
-Fransa Senatının üzvündən ŞOK İTTİHAMLAR
28-03-2026, 23:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
İnam Kərimovun Dövlət Toxum Fondunda baş verənlərdən xəbəri varmı?
Dövlət Toxum Fondu Kənd Təsərüfatı Nazirliyinin tabeliyində olan onlarla qurumlardan biridir.Əsasnaməsinə görə Fond ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarını yüksək məhsuldar bitki sortlarının toxumları ilə təchiz edən, habelə təbii fəlakətə məruz qalmış bölgələrdə toxuma olan ehtiyacın aradan qaldırılması, daxili bazarda toxum çatışmazlığının və toxumun qiymət artımının qarşısının alınması ilə bağlı məsələləri tənzimləyən idarə statusuna malik bir qurumdur.Fondun sədri Emin Əliyev naziri İnam Kərimov kimi gənc kadrlardandır.Elə çox güman ki, İnam Kərimov 2018-ci ildə Kənd Təsərüfatı naziri təyin edildikdən sonra “ASAN xidmət”dən ətrafına topladığı digər gənc yetirmələrindəndir.
Emin Əliyevin Azərbaycan üçün strateji əhəmiyyət daşıyan bir qurumu idarə etmək iqtidarında olub,olmaması barədə konkret fikir söyləmək bir az çətindir.Amma onun rəhbərliyi altında yol verilən bir çox qanun pozuntularının səriştəsizliyindən deyil, çoxbilmişliyindən irəli gəldiyini anlamaq heç də çətin deyil.
Aktualinfo.org yanvar ayının 12-dən Kənd Təsərüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun 2020-ci il üçün həyata keçirdiyi bəzi satınalmalarla bağlı qurumun elektron poçtuna ünvanladığı sorgu məktubuna hələ də cavab ala bilməyib.Maraqlıdır,bir mətbuat orqanın sorğusunu 15 gün ərzində cavablandırmayan qurum vətəndaşların müraciətlərinə necə baxır,onlara neçə gün müddətinə cavab verir,yaxud da ümumiyyətlə cavablandırırmı?Artıq bu isə Emin Əliyevin idarətetmə sistemindəki qabiliyyətindən şübhələnməyə əsas verir.Odur ki,həmin sualları buradan bir nazir kimi İnam Kərimova unvanlayırıq.Suallara keçməzdən öncə isə Fondun həyata keçirdiyi bəzi tender və kotirovka sorğularını nazirin diqqətinə çatdırmaq istəyirik.
Dövlət Toxum Fondu üçün “kənd təsərrüfatı texnikaları və avadanlıqlarının daşınması xidməti”nin satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda 29 500 manat dəyərində satınalma müqaviləsi “NANO LOGİSTİKA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 08.01.2021-ci il tarixdə bağlanmışdır.
KTN-nin tabeliyində Dövlət Toxum Fondu üçün 1C proqram təminatının alınıb və quraşdırılmasının satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda 10 320 manat dəyərində satınalma müqaviləsi “FIRSTSOFT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 08.01.2021-ci il tarixdə bağlanmışdır.
Dövlət Toxum Fondu tərəfindən siloların alınıb quraşdırılmasının satın alınması üzrə keçirilmiş müsabiqədə 301 176 manat dəyərində satınalma müqaviləsi “SİGMA ENERGY MARİNE FZE” şirkətinin Azərbaycandakı filialı ilə 11.09.2019-cu il tarixdə bağlanmışdır.
Bundan bir ay sonra Fond silo avadanlıqlarının alınıb quraşdırılması üzrə keçirilmiş açıq tenderdə 604 159.06 manat dəyərində satınalma müqaviləsi “SİGMA ENERGY MARİNE FZE” şirkətinin Azərbaycandakı filialı ilə 09.10.2019-cu il tarixdə bağlanmışdır.
Tərəfimizdən aparılan araşdırmalarda Dövlət Toxum Fondu tərəfindən bağlanılmış bir çox satınalma müqavilələri barədə məlumatların dövlət satınalmalarının vahid internet Portalında yerləşdirilmədiyi və bununla da ciddi qanun pozuntularına yol verildiyi məlum olmuşdur. Bunların bir qismini təqdim edirik.
Fond tərəfindən Qobustan, Xaçmaz, Şəki, Tovuz və Ağcabədi rayonlarının Toxum Emalı Fabrikləri üçün təsərrüfat mal-materiallarının satın alınması üçün elan edilmiş katirovkada “FENİX HN” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır. Lakin 28.07.2020-ci ildə müqavilənin bağlanması barədə elan verilsə də satınalmaya ayrılmış dövlət vəsiti açıqlanmmışdır. Qeyd edək ki,sözügedən MMC-nin bir sıra dövlət satınılmalarında,o cümlədən AMEA Fizika İnstitutu ilə şübhəli müqavilələr bağlaması barədə məlumatlara Hesablama Palatasının bu günlərə yaydığı rəydə də rast gəlmək mümükündür.
Dəftərxana ləvazimatlarının satın alınması üçün elan edilmiş katirovkada”ANTARİS” QSC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.Lakin 21.04.2020-ci ildə müqavilənin bağlanması barədə elan verilsə də satınalmaya ayrılmış dövlət vəsitinin miqdarı açıqlanmmışdır. Amma çox maraqlıdır ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə “ANTARİS” QSC arasında bağlanılan bütün müqavilələrdə ayrılan vəsaitlər açıq şəkildə göstərilmişdir.
Digər maşın və avadanlıqların satın alınması üçün elan edilmiş katirovkada “VERTEX” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır. Lakin 26.09.2019-cu ildə müqavilənin bağlanması barədə elan verilsə də satınalmaya ayrılmış dövlət vəsitinin miqdarı açıqlanmmışdır.
Təsərrüfat inventarlarının satın alınması üçün elan edilmiş katirovkada”MEGAAZ” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır. Lakin 22.07.2019-cu ildə müqavilənin bağlanması barədə elan verilsə də satınalmaya ayrılmış dövlət vəsitinin miqdarı açıqlanmmışdır.
Toxum kisələrinin satın alınması üçün elan edilmiş katirovkada Rusiya Federasiyasının “Pera Plastic Group” MMC-nin Azərbaycandakı nümayəndəliyi qalib elan edilmiş, həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır. Lakin 17.07.2019-cu ildə müqavilənin bağlanması barədə elan verilsə də satınalmaya ayrılmış dövlət vəsitinin miqdarı açıqlanmmışdır.
Buradan bir nazir kimi İnam Kərimova xatırlatmaq istərdik ki,satınalmalar haqqında qanuna görə,t
ender nəticəsində bağlanmış satınalma müqaviləsi barədə məlumat 5 bank günü ərzində tender haqqında elanın verildiyi mətbuat orqanında dərc etdirilir və rəsmi internet saytında yerləşdirilir.Amma onun tabeliyində olan qurum satınalmaların tələb etdiyi bu proseduru həyata keçiribmi və niyə keçirməyib?
Digər tərəfdən ”Dövlət satınalmaları haqqında” Qanuna görə satınalan təşkilat satınalma prosedurları haqqında aşağıdakı məlumatların göstərildiyi hesabatı tərtib edir; tender təklifləri, ofertalar və ya kotirovkalar təqdim etmiş malgöndərənlərin (podratçıların) adları və ünvanları, satınalma müqaviləsi bağlanan malgöndərənin (podratçının) adı və ünvanı, həmin müqavilənin qiyməti mütləq göstərilməlidir.Təbii ki,dövlət ehtiyyatları üçün alınan toxumdan başqa.Amma maşın və avadanlıqların,təsərrüfat inventarlarının,dəftərxana ləvazimatlarının satın alınması üçün elan edilmiş bir çox katirovkalarda bağlanılmış satınalma müqavilələri barədə məlumatlar dövlət sanalmalarının rəsmi internet saytında yerləşdirilmədən həyata keçirilmiş,müqavilələrin qiyməti Dövlət Toxum Fondunun Tender Komissiyası tərəfindən açıq göstərilməmişdir. Çox istərdik bu suala da İnam Kərimov cavab versin.Niyə?
Kim zəmanət verə bilər ki,bu yolla Dövlət Toxum Fondunun rəhbərliyi Tender Komissiyası ilə birgə külli miqdarda dövlət vəsaitini təyinatından kənarlaşdırmayıb? Çox istərdik İnam Kərimov bu suala da mətbuat vasitəsi ilə açıqlama versin.
İndi isə Dövlət Toxum Fondunun işbirliyində olduğu MMC-ləri diqqətinizə çatdırırq.Qeyd edək ki, açıq internet resursları üzərindən apardığımız araşdırmalarda bu MMC-lər barədə əlavə heç bir məlumat əldə edə bilmədik.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NANO LOGİSTİKA” Məhdud Məsuliyyətli Cəmiyyətinin 04.10.2017-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, M.RƏSULZADƏ ŞTQ, SAHİB HÜSEYNOV (RƏSULZADƏ, ev 19C, m. 0,qanuni təmsilçisi kimi Abbasov Nurlan Oqtay oğlu qeyd olunub.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FIRSTSOFT” Məhdud Məsuliyyətli Cəmiyyətinin 30.08.2018-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SABUNÇU RAYONU, SABUNÇU ŞTQ, ANAŞKİN (SABUNÇU QƏS.), ev 15A, m. 3,qanuni təmsilçisi kimi Akçurin Tahir İsmayıloviç qeyd olunub.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SİGMA ENERGY MARİNE FZE” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI 16.09.2016-cı il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı göstərilməyən MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SABUNÇU RAYONU, BAKIXANOV ŞTQ, ƏLİ KƏRİM (BAKIXANOV QƏS.), ev 9, m. 90,qanuni təmsilçisi kimi Abdullayev Elçin Asif oğlu qeyd olunub.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FENİX HN” Məhdud Məsuliyyətli Cəmiyyətinin 17.01.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının ABŞERON RAYONU, CEYRANBATAN ŞTQ, G.ABDULLAYEV, ev 15/39, qanuni təmsilçisi kimi Hüseynova Nairə Rza qızı qeyd olunub.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “VERTEX” Məhdud Məsuliyyətli Cəmiyyətinin 09.07.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ PİRALLAHI RAYONU, PİRALLAHI ŞTQ, MƏHƏLLƏ 29 (PİRALLAHI), ev 15, m. 50,qanuni təmsilçisi kimi İmanov Ruslan Mehman oğlu qeyd olunub.
Reyestr məlumatlarından da da göründüyü kimi Dövlət Toxum Fondu müqavilə bağladığı MMC-lərin bəziləri bir il, yəni müqavilə bağlanılmazdan bir neçə ay əvvəl dövlət qeydiyyatına alınıb.Lakin buna baxmayaraq Dövlət Toxum Fondunun rəhbərliyi,yaxud da Tender Komissayası bilərəkdən qanun pozuntularına yol vermişlər.Belə ki,müqaviləni yerinə yetirmək üçün iddiaçı tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmaları,mürəkkəblik dərəcəsinə uyğun olan ən azı üç iş üzrə təcrübəyə malik olmaları,ən azı 1 il təcrübəyə malik iş icraçısı olmaları, vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olmaması,iddiaçının mülkiyyətində olan maşın,mexanizm və avadanlıqların növü və xüsusiyyətləri haqqında arayışı və qanunun tələb etdiyi digər sadalamadığımız bir çox sənədlərin zəruriliyi “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respuklikası Qanununda göstərildiyi kimi,satınalma proseslərində nəzərə alınmamaışdır.
Digər tərəfdən də Dövlət Toxum Fondu ilə şirkətlər arasında bağlanılmış satınalma müqavilələri barədə məlumatlar dövlət sanalmalarının rəsmi internet saytında yerləşdirilmədən həyata keçirilmiş,ayrılmış dövlət vəsaitinin miqdarı açıqlanmadığından burada dövlət vəsaitinin təyinatından kənalaşdırılması məqsədi güdülmüşdür.Sual oluna bilər, necə olur ki,”FENİX HN” MMC və “ANTARİS” QSC-nın iştirakçısı olduğu digər tenderlərdə dövlət sanalmalarının rəsmi internet saytında bütün məlumatlar yerləşdirilib,lakin Dövlət Toxum Fondu ilə bağlanılmış müqavilələr barədə məlumatlar gizlin saxlanılıb? Dövlət Toxum Fondu ilə müqaavilə bağlamış “VERTEX”, “MEGA AZ”, MMC-lər və “Pera Plastic Group”,
“Sigma energy Marine Fze”
şirkətlərinin Azərbaycandakı filialı kimi şirkətlər barədə isə açıq mənbələrdə ümumiyyətlə heç bir məlumat yoxdur. Bu isə göstərilən MMC-lərin ixtisas göstəriciləri və analoji işlərdə təcrübələrinin olmaması şübhələrini yaradır,şirkətlərin sadəcə vasitəçi rolunu oynadığını ortaya çıxarır.
Kənd Təsərüfatı naziri İnam Kərimovun burada baş verənlərdən xəbəri varmı,deyə bilmərik. Amma bəzi şübhəli məsələri diqqətinə çatdırmağı borc bilirik. Odur ki bir nazir kimi İnam Kərimovdan bütün bu qaranlıq məsələlərə aydınlıq gətirməsini xahiş edirik.Onun Dövlət Toxum Fonduna sədr təyin etdiyi Emin Əliyevin başı görünür çox qarışıqdır.
Oxşar Xəbərlər
Aqrar Xidmətlər Agentliyinə sədr təyin edildi
Ramiz Mehdiyev yeni kənd təsərrüfatı nazirini kollektivə təqdim etdi
Nazir İnam Kərimov:“Neqativ hallara qarşı sərt mübarizə fəaliyyətimizin əsasını təşkil edəcək”
İnam Kərimov KTN-də növbəti dəyişikliklər etdi - Yeni təyinatlar
Xəbər lenti
Məktəbdə yandırılan şagirdin VƏZİYYƏTİ AĞIRDIR
TƏCİLİ:
2 ölkənin səfirləri XİN-ə çağırıldı
Lənkəranda qazi vəfat edib -
FOTO
"Azərpoçt"un yeni rəhbəri bu şəxs OLDU
"Azərpoçt"un rəhbəri işdən çıxıb
İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib
Azərbaycanlı müğənni arıqlayıb tanınmaz hala düşdü -
FOTOLAR
Azərbaycanda məşhur sığorta şirkəti ləğv OLUNUR
Bakı və bölgələr üçün
Təcili Xəbərdarlıq
Ceyhun Bayramov Baş nazirlə görüşüb -
FOTO
İlham Əliyev:
Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir
Bu şəxslərin NƏZƏRİNƏ:
Aprelin 20-də...
SAHİBKARLAR BAŞÇIDAN NİYƏ NARAZIDIRLAR?
Roma-Bakı xəttində yeni təmas:
Meloni Azərbaycana gəlir
Paytaxtda 100 minə yaxın bina SÖKÜLƏCƏK
“Hamı başıma vururdu” -
Vəfa Şərifovadan ETİRAF
SON DƏQİQƏ! DTX əməliyyat keçirdi -
FOTO
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
FOTO
Şirvanda narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən 5 nəfər həbs olunub
Xameneidən TƏCİLİ AÇIQLAMA:
İran donanması döyüşə hazırdır!
Bazar günü Bakıda 24 dərəcə isti olacaq
Bunu “Sea Breeze”də elan etdilər
Hündür ağacların altında dayanmayın -Əhaliyə ÇAĞIRIŞ
Səfərbərlik Xidmətindən bu şəxslərə XƏBƏRDARLIQ
19 aprel ilə bağlı XƏBƏRDARLIQ
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi
DYP sürücülərə müraciət etdi
Hava ilə bağlı XƏBƏRDARLIQ
Əhaliyə ŞAD XƏBƏR:
Bu gün pulsuz OLACAQ
Gecə saatlarında ağır qəza -
7Yarali
Birinci xanımlar Antalya Forumunda -
FOTO
Həmin təcili yardım maşınının sürücüsü HƏBS EDİLDİ
Qazaxıstan yaşayış icazəsi qaydalarını sərtləşdirir -
meqapolislər əcnəbilərə qapanır
Diplom hansı halda tanınmır?
-AÇIQLAMA
Hikmət Hacıyev Ermənistanla normallaşma prosesindən danışdı
300 bal toplayan şagird: “Həkim olmaq istəyirəm“
Tramp İsrailin Livanı bombalamasını QADAĞAN ETDİ
Qəzzanın dağıntıları üzərində qurulan ikiüzlülük
Təhsilin bakalavriat səviyyəsi ilə bağlı -
Dəyişiklik
İlham Əliyev Şahbaz Şəriflə görüşdü-
FOTOLAR
Sabahın hava proqnozu AÇIQLANDI
İlham Əliyev Moldova Prezidenti ilə görüşdü
Qubada məktəblilər təhlükə ilə üz-üzə qalır –
Əski-İqrığ kəndində nəqliyyat problemi/FOTO
Gəncədə qanunsuz tikili sökülüb —
VİDEO
Kürdəmirə də qatarla gedə biləcəyik —
FOTOLAR
Azərbaycan XİN-dən Suriyaya təbrik
NATO təyyarəsi Ukrayna yaxınlığında kəşfiyyat apardı
Bakıda iki avtomobil TOQQUŞUB -
FOTO
Prezidentin qızı və gəlininin film təqdimatından -
FOTOLAR
Saat 10:00-dan qaz olmayacaq -
Bu ərazilərdə
PRİZMA
Türküstanın maraqlarına xidmət edən müharibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
TƏHLİL
Azərbaycan hüququnda mirasın faktiki qəbulu institutunun transformasiyası
SOSİAL
1
2
3
4
5
6
Bakı və bölgələr üçün
Təcili Xəbərdarlıq
Bu şəxslərin NƏZƏRİNƏ:
Aprelin 20-də...
SAHİBKARLAR BAŞÇIDAN NİYƏ NARAZIDIRLAR?
Paytaxtda 100 minə yaxın bina SÖKÜLƏCƏK
Bazar günü Bakıda 24 dərəcə isti olacaq
Hündür ağacların altında dayanmayın -Əhaliyə ÇAĞIRIŞ