Vəkillər Kollegiyasının sədrindən Elçin Sadıqovun həbsilə bağlı AÇIQLAMA


Əsassız şayiələrə, yalan məlumatlara, uydurma xəbərlərə əhəmiyyət vermədən çalışırıq obyektiv olaq. Bütün məsələlərdə mötəbər faktlara və qanuna söykənərək rəyimizi bildirmişik.

Vəkillərin fəaliyyətinə müdaxilə, onlara qarşı qanunazidd hərəkətlər olanda Kollegiya üzvlərini publik qaydada və təsirli müdafiə edir. Vəkil Elçin Sadıqovun həbsi ilə bağlı məsələ də diqqətimizdədir. Azərbaycan hüquqi dövlətdir və əminəm ki, bütün məsələlərə qanunauyğun olaraq hüquqi qiymət veriləcək".

Bunu “e-huquq.az”a açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkil Elçin Sadıqovun həbsinə münasibət bildirərkən deyib. 

O bildirib ki, qüvvədə olan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun tələblərinə görə vəkillərin toxunulmazlıq hüququ yoxdur.  

Vəkillər barəsində cinayət təqibi başlanıla və qüvvədə olan qanunvericiliyə əsasən aparıla bilər. Vəkilin həbsinə gəldikdə isə, A.Bağırov qeyd edib ki, onun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 7-ci maddəsinə uyğun olaraq Vəkillər Kollegiyasının Rəyasət Heyətinə rəsmi qaydada məlumat verilib:  

"Burada qanunun tələblərinə riayət olunub və pozuntu mövcud deyil. Bunu rəsmən bəyan edirəm. Qanuna görə, vəkillər fərdi qaydada, vəkil bürolarında, hüquq firmalarında və ya məsləhətxanalarda fəaliyyət göstərə bilərlər. Elçin Sadıqov fərdi qaydada fəaliyyət göstərən vəkildir və uzun müddət Göygöl şəhərində fərdi qaydada fəaliyyət göstərib.  

Lakin 2021-ci ilin dekabr ayının 1-dən etibarən Elçin Sadıqov fəaliyyətini Bakı şəhərində davam etdirmək istəyilə bağlı Vəkillər Kollegiyasına müraciət edib. Rəyasət Heyətinin 1 dekabr 2021-ci il qərarına əsasən Elçin Sadıqov Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvanski küçəsi 44, mənzil 18-də vəkil kimi fəaliyyət göstərib.  

Vəkillər Kollegiyasının Rəyasət Heyəti də buna etiraz etməyib və bu ünvan reyestrdə əksini tapıb. Həmin ünvanda ofisdə axtarış, sənədlərin götürülməsi və hər hansı prosessual tədbirlər həyata keçirilməyib. Bizə vəkilin başqa ofisinin mövcudluğu barədə vəkilin özü tərəfindən məlumat təqdim edilməyib"..

Bizim.media



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}