Rusiyada yaşayan azərbaycanlı miqrantlar BU HALDA səfərbərliyə cəlb oluna bilər - AÇIQLAMA


Rusiyada qismən səfərbərlik qərarından sonra ölkədən kütləvi şəkildə qonşu ölkələrə axın abşlayıb. Qərar ölkədə uzun illərdir müxtəlif şəkildə məskunlaşmış miqrantları da narahatçılığına səbəb olub. Miqrantların içində ikili vətəndaşlığı olan, müvvəqəti yaşauış hüququ alan insanlar da var ki, onların arasında da panik yayılıb.

Hurriyyet.az xəbər verir ki, Bizim.Media-nın Rusiyada yaşayan soydaşlarımızdan əldə etdiyi məlumatlara görə, bəzi vilayətlərdə onlara polisin təzyiqi ilə müxtəlif hücumlar olur. Yerli icra strukturlarından da onlara xəbərdarlıq olunur ki, ya hərbiyə könüllü yazılmalı, ya da buna müqabil müəyyən vəsait ödəməlidirlər.

Məsələ ilə bağlı hansı mümkün qanunvericilik aktlarının olmasını öyrənmək üçün Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənova müraciət etdik.

Rusiyada işçi izni ilə oturan və müvəqqəti yaşayış hüququ alan insanlar da səfərbərliyə cəlb oluna bilərlərmi?

Azər Allahverənovun sözlərinə görə, Rusiyada müvəqqəti, hətta daimi icazə ilə yaşayan şəxslər səfərbərliyə cəlb oluna bilməzlər:

"Səfərbərliyə cəlb olunan şəxslər Rusiya Federasiyasının vətəndaşlarıdır. Onlar bu 3 meyar əsasında müəyyən oluna bilərlər:

1) Hərbi mükəlləfiyyətinin olması;

2) Hərbi ixtisasa sahib olması;

3) Hər hansı hərbi əməliyyatda iştirak etməsi.

Yaş həddi əsgər heyəti üçün 35-ə qədərdir. Kiçik zabitlər 45, böyük zabitlər isə 55 yaşa qədərdir.

Yəni burada da ehtiyatda olan şəxslər 3 yerə bölünür və qismən səfərbərlik olduğu üçün daha çox sadaladığım yaş senzinə uyğun olaraq səfərbərliyə cəlb oluna bilərlər. Ona görə də bu məsələdə miqrantların hər hansı narahatlığı olmamalıdır".

A.Allahverənovun həmçinin açıqlamasında bildirib ki, miqrantlar bəzi mövzularda diqqətli olmalıdırlar. Vətəndaşlıq almaq üçün onlara təklif edilən şübhəli iş müqavilələri 

barəsində dəqiq məlumatlanmalıdırlar.

Buna misal olaraq, Özbəkistan vətəndaşının başına gələnləri göstərmək olar. Həmin vətəndaş bu əsnada iş təklifi alıb, lakin bir müddət sonra ona məlum olub ki, hərbi əməliyyatlara cəlb olunacaq.

Nəticədə müharibə zamanı Ukrayna əsgərlərinə əsir də düşmüşdü. Hətta buna görə, Özbəkistan, Qırğızıstan, Qazaxıstanın aidiyyatı strukturları Rusiya ərazində olan öz miqrantlarına müraciət edərək əmək münasibətlərində diqqətli olmalarını tövsiyə edib".

İctimai Şuranın sədri Rusiyada yaşayan Azərbaycanlı miqrantlara bu əsnada diqqətli olmağı və hər hansı problem yaranarsa, səfirlik, konsulluq və digrə təşkilatlarla dərhal əlaqə saxlamağı tövsiyyə edib.



Oxşar Xəbərlər

Xəbər lenti