16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Cəbrayıl rayon İcra Hakimiyyəti Vətən müharibəsi qazisi Firudin Firudinlinin intihar etməsinə münasibət bildirib.
İcra başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə İbayeva Axar.az-a açıqlamasında məsələdən xəbərdar olduqlarını deyib.
“Məsələdən xəbərdarıq, lakin qazi bizə müraciət etməyib. Bizim bu vaxta kimi o qazi ilə heç bir problemimiz də olmayıb”, - F.İbayeva bildirib.
Qeyd edək ki, Firudin Firudinli "Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdu.