Türk generaldan AÇIQLAMA: İran Azərbaycana silahlı müdaxiləyə hazırlaşır


Türkiyə Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı, hazırda İstanbul Topqapı Universitetinin əməkdaşı Cihat Yaycının sözlərinə görə, İranın Azərbaycan Respublikasına qarşı hərbi müdaxilə planları var.
Bu barədə Türkiyə mətbuatı xəbər verir. Xəbərə görə, Yaycı bunu Qara Dəniz Texniki Universitetinin Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi simpoziumdakı çıxışında deyib.
Cihat Yaycı hesab edir ki, son zamanlar Türkiyə ilə Yunanıstan arasında artan gərginliyin səbəbi ABŞ və Almaniyanın Türkiyənin dənizlərə çıxışını məhdudlaşdırmaq cəhdləridir. Onun sözlərinə görə, bu ölkələr Afinanı Egey dənizindəki ərazi sularını genişləndirməyə sövq edir.
“Yunanıstan Egey dənizindəki ərazisini 6 mildə 7 dəniz milinə qədər artırarsa, Türkiyənin ərazi sularının 13%-i Afinanın nəzarətinə keçəcək”, - Hərbi Hava Qüvvələrinin istefada olan admiralı bildirib.
“Türkiyənin 13 faizini kimsə ala bilərmi? Təbii ki, öləcəyik, amma buna imkan verməyəcəyik. Eyni şey dənizə də aiddir. Yunanıstana bunu etməyə icazə verə bilmərik”, - deyən Yaycı hesab edir ki, Ukraynada davam edən müharibədə Türkiyə əvvəlki kimi bitərəf qalmalıdır:
"Bu, şübhəsiz ki, bizim müharibəmiz deyil. Biz ilk növbədə Türkiyənin maraqlarını düşünməliyik”.
Cihat Yaycı deyir ki, Türkiyə məsələsi gündəmə gələndə sözdə düşmənlər birləşə bilirlər: “Bu gün Ermənistanı kim dəstəkləyir? – ABŞ, Rusiya, Fransa, Yunanıstan və İran. Bəs Ukraynadakı müharibəyə görə ABŞ və Rusiya barışmaz düşmənlər deyilmi? Bəs ABŞ və İran? Onlar düşmən deyilmi? Amma nədənsə hamısı Türkiyəyə qarşı birləşdi. Mən həmişə demişəm və deyirəm: Türkiyəyə gəlincə, ABŞ və Rusiya qardaşdır”.
İranda baş verənlərə toxunan admiral qeyd edib ki, bu ölkədə keçirilən etiraz aksiyaları çoxlarının təsəvvür etdiyi kimi, heç də azadlıq hərəkatı deyil:
“PKK, PJAK və SEPAH İranda yaşayan Azərbaycan türklərinə daimi təzyiq göstərmək istəyir. Bu, Azərbaycana qarşı silahlı müdaxilə etmək üçün lazımdır. Bütün türk şəhərlərini kürd PKK terrorçularına verirlər. Ona görə də bu gün Təbrizdə İslam İnqilabı Keşikçiləri Korpusunun döyüşçüləri Azərbaycan türklərinə atəş açır”.

Ülviyyə, Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}