MEDİA: Qəzet saytlarının yenidən qurulması başa çatıb


"Qəzet saytlarının yenidən qurulması prosesi başa çatıb".

Sozcu.info xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimində deyib.

O bildirib ki, əksər qəzetlərin saytları ya yenidən qurulub, ya da əsaslı şəkildə yenilənib:

"6 gündəlik, 10 həftəlik qəzetdə əsaslı dəyişiklik özünü göstərir. Qəzetlərin əksəriyyəti artıq tam fərqli formada nəşr olunur. Bir sıra qəzetlərimiz ənənəvi A3 formatı dəyişərək yeni tərtibatda B2 formata keçiblər, qəzetlərin əksəriyyəti artıq tam rəngli nəşr olunmaqdadır. Elə çap mediası subyektlərimiz var ki, tərtibatı əsaslı formada dəyişilib, köhnə forma və qəliblərdən imtina olunub".

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}