30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
23-10-2024, 18:37
18-10-2024, 10:38
Xankəndi yolunda keçirilən aksiyada iştirakçılar “humanitar yardım” adı altında qanunsuz daşımaların qarşısını alıb.Sozcu.info xəbər verir ki, humanitar yüklərin daşınmasında indiyə qədər heç bir problem yaşanmayıb. Lakin “humanitar yardım” apardığını iddia edən beş yük maşınında yoxlama aparılmasına şərait yaradılmadığı üçün həmin avtomobillərin keçidinə icazə verilməyib. Ermənistan rəsmiləri bunu əsas gətirərək, azərbaycanlı fəalların Laçın yolunda “gömrük postu” qurduğunu iddia etsələr də, reallıq başqadır və bu reallıq bir sıra məqamları da önə çıxarır.Birincisi, Qarabağa hələ də qanunsuz yüklərin daşınmasına cəhdlər edilir: aksiyanın ilk günlərindən belə daşımalar dayandırılsa da, görünür, iştirakçıların humanist davranışından sui-istifadə etmək istəyiblər və istisna deyil ki, yoxlamağa imkan verilməyən yük maşınlarında silah-sursat olub;İkincisi, qanunsuz daşımaların qarşısını almağa hesablanmış bu yoxlamalar Azərbaycan xalqının Laçın yoluna nəzarətinin praktiki addımıdır və proseslərin inkişafı yolda rəsmi şəkildə gömrük-buraxılış məntəqəsinin qurulmasına doğru gedir.
Publika.az