İdarə rəisini cəzalandırmaq əvəzinə ön sıralarda əyləşdirildi - AXI NİYƏ?!

İdarə rəisini cəzalandırmaq əvəzinə ön sıralarda əyləşdirildi
Xəbər verdiyimiz kimi, milyonluq mülkü olan idarə rəisini dövlətdən əlavə kirayə pulu alıb.
Sozcu.info bildiri ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, araşdırma nəticəsində FHN Tibb Xidməti rəisi, tibb xidməti polkovniki Pərviz Vəliyevin milyonluq mülklərinin olmasına baxmayaraq, dövlətin mənzil-kirayə pulundan da yararlandığı aşkarlanıb. Bu məsələ saytımızda dərc edildikdən sonra polkovnik dərhal aldığı illik 6900 manat kirayə pulunu Azərbaycan Beyxnəlxalq Bankı vasitəsi ilə geri qaytarıb.

Mənbənin verdiyi məlumata görə, xidmətdə son yaş heddini keçən Pərviz Vəliyevə qeyri-qanuni kirayə pulu almağa nazir müavini Raqim Lətifov və onun qohumu, tibb xidməti maliyyə işcisi İlqar Əfəndiyev də sənəd işində köməklik edib.

Nazirlikdə bütün bu prosseslərin araşdırılması əvəzinə, 16 dekabr 2022-ci il tarixində FHN-nin yaradılmasının 17-ci ildönümü və işçilərinin peşə bayramı münasibətilə inzibati binasında keçirilən tədbirdə Pərviz Vəliyev ön sıralarda əyləşib.

İdarə rəisi ilə daha bir fakt 4 il fəaliyyəti nəticəsində bircə dəfə də olsun tibb məntəqələrinə, tibb mərkəzinə gedib, rəis kimi baş çəkməyib.

Bununla belə, onun göstərişi ilə Tibb Xidmətinin büdcəsində vəsait olmadan istismar müddətin başa vurmuş 10 PF 065 "Nissan Pathfinder” markalı avtomobil Salamzade küç.2 ünvanında yerləşən "Nurgün Motors”da təmirə verilib. 10 min manatdan artıq təmir xərci ödənilmədiyindən FHN Tibb xidmətinə məxsus avtomobil "Nurgün Motors”da girovluqda qalıb.

İdarə rəisi həkim kimi dərman istehsalı ilə də məşğuldur. Onun anası Məhbubə Vəliyevanın rəhbərliyi ilə ölkədə biyan tərkibli dərman istehsal edilir. Bununla belə, apteklər şəbəkələri də mövcuddur. M.Vəliyeva məsləhəti ilə, 2012-ci ildən fəaliyyət göstərən "Biyan Products" MMC tərəfindən biyan kökündən beş ad altında 100% bitki tərkibli, bioloji fəallığa malik qida əlavələri- siroplar hazırlanır və ölkə xaricinə də ixrac edilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}