Vasif Talıbovun şirkəti onların əlinə keçdi - Maraqlı məlumatlar


Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olduğu deyilən “Gəmiqaya Holdinq”in əmlakı başqa bir şirkətə verilib. Şirkətin adı dəyişdirilib, indi o, “Arkoz Holdinq” adlanır. Bəs bu şirkət kimə kimə məxsusdur?

Hurriyyet.az xəbər verir ki, Azərbaycanda uzun illər fəaliyyət göstərən “Arkoz Holdinq” Türkiyədə qeydiyyata alınıb və onun sahibi əslən Doğu Bəyazitdən olan iş adamı Emin Uçardır. Ərzurum, Qars, Ağrı, Van, Samsun və İğdırda holdinqin bir çox müəssisələri mövcuddur.

“Arkoz Holdinq” Naxçıvanda 1990-cı illərdən fəaliyyət göstərir. O, əvvəllər də “Gəmiqaya” şirkəti ilə tikinti, qida, turizm, infrastruktur və s. sahələrdə şərikli işlər görüb.

Naxçıvandan kənarda “Arkoz Holdinq” Bakıda, Qazaxda da müəsdsisələr qurub. Şirkətin Gürcüstan, Çexiya, Rusiya və s. ölkələrdə müxtəlif investisiyaları var.

yenisabah.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}