26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Azərbaycanda Media Reyestrinə daxil edilən media subyektlərinin və jurnalistlərin sayı açıqlanıb.
Hurriyyet.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında deyib.
Onun sözlərinə görə, Media Reyestrinə daxil olmaq üçün 200-dən çox media subyekti müraciət edib. Onların 160-a yaxını Media Reyestrinə daxil edilib. Hazırda da bu proses davam edir.
Ə. İsmayılov bildirib ki, 180-ə yaxın jurnalist isə Media Reyestrinə daxil edilib. (qafqazinfo)