Cahangir Əsgərovun işdən çıxarılması - AZAL-dan açıqlama


"Mən Cahangir müəllimlə işlədiyim bu illər ərzində mətbuat onu 18 dəfə işdən çıxarıb, təzədən yerinə qaytarıb".

Sozcu.info manşet-ə istinadla xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) birinci vitse-prezidenti Sabir İlyasov deyib.

O, AZAL prezidenti Cahangir Əsgərov vəzifəsindən azad edilməsi ilə bağlı şayiələrə aydınlıq gətirib:

"Mən Cahangir müəllimlə işlədiyim bu illər ərzində mətbuat onu 18 dəfə işdən çıxarıb, təzədən yerinə qaytarıb. Təbii ki, bu məlumatlar yalandır. Cahangir müəllim hazırda işinin başındadır. Mən elə Cahangir müəllimin yanındayam. Onun səlahiyyətlərinin əlindən alınması ilə bağlı xəbər cəfəngiyyatdır. Biz hazırda hamımız onun rəhbərliyi ilə işimizin başındayıq".




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}