Pakistanda məsciddə partlayış - 28 ölü, 150 yaralı


Pakistanın Pişəvər şəhərində məsciddə partlayış baş verib.

Sozcu.info  xəbər verir ki, partlayış nəticəsində azı 17 nəfər həlak olub, daha 90 nəfər isə yaralanıb.

Yaralılardan bir neçəsinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Məlumata görə, günorta namazı zamanı kamikadze məscidə girərək özünü partladıb.

Məsciddə partlayış nəticəsində ölənlərin sayı 28-ə, yaralananların sayı isə 150-ə çatıb. 

qafqazinfo.az



Oxşar Xəbərlər

Xəbər lenti