ANAMA sədrinə I müavin təyin olundu


Bəhruz Əmir oğlu Məmmədov Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini təyin edilib.

ANAMA-dan verilən məlumata görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncamı imzalayıb.

Bu gün Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov kollektivə təqdim olunub.

Bəhruz Məmmədovu kollektivə İdarə Heyətinin sədri Vüqar Süleymanov təqdim edib.

Məlumat üçün qeyd edək ki, Bəhruz Məmmədov müvafiq təyinatadək Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb. (qafqazinfo)



Oxşar Xəbərlər

Xəbər lenti