Dağıntılar altından çıxarılan tələbələrlə bağlı rəsmi - AÇIQLAMA


Türkiyənin Malatya şəhərində binanın uçması nəticəsində dağıntılar altında qalan 4 azərbaycanlı tələbə xilas edilib.

Sozcu.info xəbər verir ki, bunu “Qafqazinfo”nun sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.

A.Hacızadə deyib ki, hazırda tələbələrin vəziyyəti ilə bağlı məlumatlar toplanır:

“Onların kimlikləri, sağlıq durumları ilə bağlı ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş verən 7.7 ballıq zəlzələdən sonra 3 minə yaxın insan həlak olub, 15 mindən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların arasında azərbaycanlılar da var. Eyni zamanda dünən 4 azərbaycanlı tələbənin uçan binanın dağıntıları altında qaldığı açıqlanmışdı.

Xatırladaq ki, Türkiyənin Malatya şəhərində 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin dağıntılar altında qalması ilə bağlı məlumatı azxeber yaymışdı.






Oxşar Xəbərlər

Xəbər lenti