27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Qazaxın Diaqnostika Mərkəzinin sabiq müdiri, hazırda orada terapevt olan Şahin Həsənovun daha yüksək vəzifəyə getmək iştahı yaranıb. Qazaxda keçmiş məhkum və qalmaqallı biri kimi tanınan, həmkarını iş başında bıçaqlayan doktor kimi xatırlanan Şahin Həsənov həmin hadisənin unudulduğunu düşünərək Qazax rayon Mərkəzi Xəstəxanasına baş direktor getmək həvəsindədir. Bu haqda Reportyor.info-nu məlumatlandıran yerli qaynaqların iddiasına görə, Şahin Həsənov bu məsələdə iki faktora arxayın olub: birincisi, bacısı Gülayə Həsənovanın Qazaxın icra başçısının müavini olması, başçı Rəcəb Babaşova da təsir imkanları, ikincisi isə səhiyyə nazirinin dəyişməsi və keçmişi haqda məsələlərin yaddan çıxması. Mənbə qeyd edir ki, hələ 10 il əvvəl, yəni 2013-cü il, 8 avqustda Şahin Həsənov cərrahiyyə şöbəsinin müdiri Vasif Pirvəliyevi klinikada bıçaqlayıb. Yəni hadisə iş yerində olub. Əslində, elə bu fakt kifayət etməli idi ki, peşə fəaliyyətinə xitam verilsin. İddialara görə, hadisə şəxsi zəmində baş verib və V.Pirvəliyev həmin vaxt dərhal cərrahiyyə əməliyyatına göndərilib. Diaqnostika Mərkəzinin müdiri Ş.Həsənov isə həbs edilib, amma məhkumluq həyatı uzun çəkməyib. Halbuki Cinayət Məcəlləsinin 121.1 (sağlamlığa ağır zərər yetirmə) maddəsi ilə onu 3 ildən 8 ilədək həbs gözləməli idi. İndisə keçmiş dustaq həkim bu reputasiya və dosye ilə Qazaxın mərkəzi xəstəxansında baş direktor olmaq niyyətindədir. Üstəlik, başçı müavini olan bacısını da səfərbər edib ki, bu təyinatı həyata keçirə bilsin. Hətta iddialara görə, icra başçısı Rəcəb Babaşov bu məsələdə “xeyir-dua” verib, onun “maraqları” təmin olunub.
Sadəcə, şöbə müdirini bıçaqlamış birinə bütün Qazaxın səhiyyəsini etibar etmək nə dərəcədə düzgün qərar olar, maraqlıdır. Hər halda Qazaxda kifayət qədər təcrübəli kadrlar var və onların təyin olunması daha məqsədəuyğundur. Eyni zamanda, şöbə müdirini iş yerində bıçaqlayan Şahin Həsənovun bu cinayəti törətməsi göstərir ki, onun psixoloji vəziyyəti də yerində deyilmiş və özünə hakim kəsilə bilməyib, emosiyalarını cilovlaya bilmir. Belə bir psixoloji əhvala malik həkimin baş direktor təyin edilməsi də riskli qərar ola bilər. Məsələ ilə bağlı yeni detalları dəqiqləşdirməyə çalışırıq.