İcra başçısının bu addımı tənqid olundu


Qazax rayonunun icra başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri ilə birgə rayonunun Orta Salahlı kəndində yaşayan Axısqa türkləri ilə görüşüb və Türkiyədə baş vermiş faciə ilə bağlı başsağlığı verib.

Sozcu.info xəbər verir ki, icra başçısının bu addımı sosial şəbəkələrdə tənqid olunub. Bildirilib ki, icra başçısının belə bir addımı Axısqa türklərinin tarixi, coğrafiyası ilə bağlı heç bir məlumatının olmamasından irəli gəlib. Onun Türkiyədəki zəlzələ ilə bağlı Axısqa türklərinə başsağlığı verməsi təəccüblə qarşılanıb.

Bildirək ki, Qazaxda yaşayan axısqa türklərinin etnik yaşayış yerləri Gürcüstanın Məhsəti bölgəsi olub. 1944-ci ildə onlar Stalin repressiyasının qurbanı olaraq kütləvi şəkildə öz doğma yerlərindən deportasiya ediliblər. Azərbaycandakı axısqa türklərinin də ana vətənləri məhz Məhsəti bölgəsidir.

yenisabah.az



Oxşar Xəbərlər

Xəbər lenti