27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Kahramanmaraşda baş verən dağıdıcı zəlzələlərdən sonra Türkiyədəki binaların təhlükəsizliyi məsələsi əsas gündəm mövzularından birinə çevrilib.
Sozcu.info xəbər verir ki, Dünya Bankının 2021-ci ildə yayımlanan hesabatına görə, Türkiyədəki binaların təhlükəsiz hala gətirilməsi yəni, sökülüb yendiən tikilməsi üçün 465 milyard dollar vəsait lazımdır.
Hesabatda qeyd olunub ki, Türkiyədə tikinti fondunun böyük hissəsini 2000-ci ildən əvvəl tikilən binalar təşkil edir. Hesabatda vurğulanıb ki, zəlzələlər və iqlimlə bağlı fəlakətlərə qarşı həssas olan binaların davamlığının olması üçün gücləndirilməsinə və ya yenidən qurulmasının ehtiyac var.
Hesabata görə, Türkiyədə yaşayış yeri kimi istifadə edilən 6,7 milyon binanın yalnız 4%-i təmir olunub. Qalan binaların təmiri üçün əlavə maliyyə üsullarının işlənib hazırlanmasına ehtiyac var.
Ev sahiblərinin binaların təmiri üçün vəsaitlə təmin edilməli olduğunu bildirən Dünya Bankı bu yolla orta və aşağı gəlir qruplarının da şəhər dönüşümü prosesinin bir hissəsinə yenilənəcəyini vurğulayıb.
Azpolitika.info