Ölkədən qaçdığı deyilən Nurlana Əliyeva EVİNDƏ İMİŞ... - "Mənə hər hansı rəsmi bildiriş gəlməyib"

Ölkədən qaçdığı deyilən Nurlana Əliyeva EVİNDƏ İMİŞ...
“Mənim ölkədən qaçmağım barədə deyilənlər yalandır, hal hazırda evdə oturmuşam. Məhkəməyə də ona görə getməmişəm ki, bu barədə mənə hər hansı rəsmi bildiriş gəlməyib”.

Sozcu.info  bildirir ki, bu sözləri Gununsesi.info-ya eksklüziv açıqlamasında Bakı Slavyan Universitetinin keçmiş rektoru, YAP Qadınlar Şurasının sabiq sədri Nurlana Əliyeva bildirib.

Qəyd edək ki, Bakı Slavyan Universitetinin vəzifəli şəxslərinin işi ilə bağlı Bakı Ağır Cinayətlər məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs Durdanə Əliyeva sabiq rektoru Nurlana Əliyevanı ittiham edib. O, bildirib ki, bu cinayətləri tək başına törətməyib və onunla bərabər Nurlana Əliyeva da məsulliyətə cəlb olunmalıdır.

Qeyd edək ki, bir neçə dəfə məhkəmə çağırışlarına məhəl qoymayan Nurlana Əliyeva prosesə gedmədiyi üçün onun barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Bu gün isə məhkəmədə bildirilib ki, Nurlana Əliyeva ölkədən çıxıb, onun məhkəməyə gətirilməsi mümkün olmayıb.

Ancaq Gununsesi.info-ya açıqlamasında Nurlana Əliyeva bu iddiaları təkziq edib:

“Mən hazırda evimdə oturmuşam, mən aydan arı, sudan duruyam. Mənim heç bir günahım yoxdur, mənə rəsmi bildiriş göndərsinlər və gedim şahid qismində ifadəmi verim”.



Oxşar Xəbərlər

Xəbər lenti