27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Türkiyədə zəlzələ bölgəsində yaşayan və indiyədək xəbər alına bilinməyən azərbaycanlıların sayı ilə bağlı dəqiqləşdirilmə aparılır.
Sozcu.info xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycanın Türkiyədəki Səfirliyinin mətbuat katibi Aygün Qocayeva bildirib.
“Son məlumata görə, xəbər alına bilinməyən azərbaycanlıların sayı 2 nəfər idi. Onlarla bağlı dəqiqləşdirilmə aparılır. Bu barədə ictimaiyyətə məlumat veriləcək”, - səfirlik rəsmisi deyib.
Aygün Qocayeva həmçinin azərbaycanlıların zəlzələ bölgəsindən təxliyəsinin davam etdirildiyini söyləyib.
“Türkiyədə zəlzələ bölgəsində yaşayan və zərərçəkmiş Azərbaycan vətəndaşlarının təxliyəsi davam etdirilir. Vətəndaşlar müraciət etdikcə təxliyələr həyata keçirilir”,- deyə o vurğulayıb.
Qeyd edək ki, zəlzələ baş vermiş gündən etibarən 565 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunub. Aparılmış axtarış-xilasetmə tədbirləri nəticəsində 10 Azərbaycan vətəndaşının zəlzələ nəticəsində həlak olduğu müəyyən edilib. Onlardan 1 nəfər Türkiyədə dəfn olunub, 9 nəfərin cənazəsi ölkəyə gətirilib.