Ağ Ev sükutu pozdu - Koronavirusla bağlı ŞOK AÇIQLAMA


ABŞ kəşfiyyatının "virusun sıfır nöqtəsi" olan Çinlə bağlı hesabatı gündəmdə şok effekti yaradıb.

Sozcu.info xəbər verir ki, Wall Street Journal (WSJ) ABŞ Energetika Nazirliyinin koronavirusun mənşəyi ilə bağlı gəldiyi qənaəti açıqlayıb.

"Energetika Nazirliyi COVID-19 pandemiyasının ən çox ehtimal olunan mənbəyinin laboratoriya sızması olduğunu söyləyir. ABŞ agentliyinin yenidən işlənmiş qiymətləndirməsi yeni kəşfiyyat məlumatlarına əsaslanır" - WSJ yazır.

Ağ Ev ABŞ prezidenti Baydenə də təqdim edilmiş bu hesabatla bağlı açıqlama verib.

"Daily Mail" qəzetindəki xəbərə görə, Ağ Ev ABŞ-ın müxtəlif qurumları arasında COVID-19-un mənşəyi ilə bağlı hər hansı bir fikir olmadığını açıqlayıb. Bu barədə milli təhlükəsizlik sözçüsü Con Kirbi bildirib. "Hazırda ABŞ hökumətində bunun tam olaraq necə başladığına dair fikir yoxdur" - Kirbi deyib.

Yoluxucu xəstəliklər üzrə mütəxəssis Dr. Entoni Fauçi Energetika Departamentinin Vuhandakı laboratoriya sızmasını COVID-19-un mənbəyi kimi göstərməsindən sonra tənqidlərə məruz qalıb.

ABŞ-ın Çindəki səfiri Nikolas Burns Çinin COVID-19-un mənşəyi ilə bağlı "daha dürüst" olmasının vacibliyini vurğulayıb: "Çin üç il əvvəl Vuhanda baş verənlər və COVID-19 böhranının mənşəyi haqqında daha dürüst olmalıdır".

ABŞ-ın müxtəlif qurumları bu məsələ ilə bağlı indiyədək fərqli nəticələrə gəliblər. 2021-ci ildə Federal Təhqiqat Bürosu (FTB) virusun laboratoriyada yarandığını "orta inamla" bildirmişdi.

Bəzi araşdırmalarda isə virusun Vuhandakı heyvan bazarında heyvanlardan insanlara keçdiyi qənaətinə gəlinib.

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti