Generalın yarım milyon rüşvətini ələ keçirən məşhur vəkildən YENİ XƏBƏR


Bu gün, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi tanınmış vəkil Elçin Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Elçin Qəmbərovun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham verilib.

Onun cinayət işi üzrə zərərçəkmiş qismində Elgün Mövlam oğlu Şıxəliyev tanınıb. O, ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyevin oğludur. Elgün Şıxəliyev atası Mövlam Şıxəliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin həbslə əlaqəli olmayan qətimkan tədbiri ilə əvəz olunması üçün Elçin Qəmbərova 510 min manat pul verib.

Elçin Qəmbərov Mövlam Şıxəliyevin barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi üçün yüksək vəzifəli tanışlarının vasitəsi ilə həll edəcəyinə vəd verib. Amma vədinə əməl etməyib. Elçin Qəmbərov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

O, istintaq dövründə dələduzluqla ələ keçirilən 510 min manatı geri qaytarıb. Həmin məbləğin qaytarılması Elçin Qəmbərovun cinayət məsuliyyətindən azad etmir. Qanuna görə o, 510 min manatla yanaşı bu məbləğin 25 faizini də dövlət büdcəsinə keçirməlidir. Bundan sonra məhkəmə onun barəsində həbslə əlaqəli olmayan hökm çıxara bilər.

Qeyd edək ki, Mövlam Şıxəliyev Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun general-mayor rütbəsindən məhrum edilməsi ilə əlaqədar prezidentə təqdimat göndərilməsi barədə qərar çıxarılıb. Həmçinin Mövlam Şıxəliyev və ailə üzvlərinə məxsus bir sıra əmlakların müsadirə olunması barədə qərar çıxarılıb.



Oxşar Xəbərlər

Xəbər lenti