27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Fevralın 25-də 70 yaşı tamam olan Ali Məhkəmənin sədri Ramiz Rzayev postundan getdiyini açıqlayıb. Kollektivlə keçirilən vida görüşündə o, vəzifədə olduğu 18 ildə dövlətçiliyə sədaqətlə xidmət etdiyini bildirib.
R. Rzayev gedişindən sonra Ali Məhkəmənin yeni sədrinin kim olacağı barədə diskusiyalar başlayıb. Ekspertlər media və sosial şəbəkələrdə bir neçə yüksək vəzifəli şəxsin yeni sədr olacağı barədə versiyalar səsləndiriblər.
Hurriyyet.az xəbər verir ki, hüquq cameəsinə yaxın mənbələrdən azpolitika.info-ya verilən məlumatda onların arasında Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, Milli Məclisin Birinci vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri ƏliHüseynli və hazırda Ali Məhkəmənin sədri səlahiyyətlərini icra edən, sədrin müavini Çingiz Əsgərovun şansları daha yüksək dəyərləndirilir.
Xüsusən də Ramiz Rzayevin sələfi olmağa ən real namizəd Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Respublikası Nümayəndəliyinin rəhbəri Ç.Əsgərovun adı çəkilir. O, son illərdə sədrin müavini kimi etimad qazanıb və məhkəmə sisteminin idarəetmə prinsiplərinə yaxından bələddir.
Məlumata görə yaxın günlərdə Ədliyyə Nazirliyində də kadr islahatlarının aparılacağı gözlənilir. Bu çərçivədə yüksək vəzifəli şəxslərin, o cümlədən nazir müavini Azər Cəfərovun istefaya göndəriləcəyi bildirilir.
Xatırladaq ki, II dərəcəli dövlət ədliyyə müşaviri, 69 yaşlı A.Cəfərov 2012-ci ilin iyul ayında Ədliyyə nazirinin müavini təyin edilib.
Mənbə bildirib ki, ədliyyə sistemində gənc kadrların irəli çəkiləcəkləri gözlənilir.