Gürcüstanın baş naziri Aİ səfirləri ilə Avropaya inteqrasiyanı müzakirə edib

Qaribaşvili Aİ səfirləri ilə Avropaya inteqrasiyanı müzakirə edib. Belə ki, bu gün Gürcüstanın baş naziri Qaribaşvili və Aİ-nin Xarici Fəaliyyət Xidmətinin nümayəndələri Tiflisdə qeyri-rəsmi şəraitdə Gürcüstanın Aİ-yə inteqrasiya prosesini müzakirə etmək üçün görüşüblər. Bunu Gürcüstan hökumətinin mətbuat xidməti xəbər verir.
Həmçinin qeyd olunur ki, Tiflisdə Aİ səfirlərinin yüksək səviyyəli regional konfransı keçiriləcək və bu konfransda “Gürcüstanın Avropa İttifaqı üçün regional əhəmiyyəti vurğulanır”.
Elə dünən Avropa İttifaqının Gürcüstanda hakimiyyət dəyişikliyində maraqlı olduğunu, ölkələri müharibəyə sürüklədiyini deyən Gürcüstanın baş naziri bu gün “ayaqqabılarını dəyişdi” və Avropa səfirləri ilə Avropaya inteqrasiya ilə bağlı danışıqlar apardı.



Oxşar Xəbərlər

Xəbər lenti