27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Naxçıvan şəhəri, Şərur rayonu, Oğlanqala kənd sakini Darbozov Faiq İsa oğlu tərəfindən Sozcu.info saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, deputat Musa Vəliyevin fermasında traktor sürücüsü işləyib və 2 aylıq əmək haqqını ala bilməyib. O iddia edir ki, M.Vəliyev fermasında çalışdırdığı işçilərin əmək haqlarını kəsib:
“Mən, Şərur rayonu, Oğlanqala kənd sakini Darbozov Faiq İsa oğlu, yazaraq sizə bildirir və xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Mən və digər iş yoldaşlarım işlədiyimiz müddətdə Musa Vəliyevin fermasından 2 ay əmək haqqı ala bilməmişik. Bu fermanın əsl sahibi Vasif Talıbovun qardaşıdır. Amma idarəetməni deputat Musa Vəliyev edirdi.
Bildiyiniz kimi, Musa Vəliyev Vasif Talıbovun qohumudur. Vaxtilə deputat Qənirə Paşayeva Naxçıvana gələndə bu fermanı dağıtdılar. Onun gedişindən 2 ay sonra yenidən fermanı bərpa etdilər və qanunsuz əməllərini icra etməyə, yəni yenidən “qırmızı kitaba” düşən, bahalı keçilərdən saxlamağa başladılar. Orada baş verən bütün özbaşınalıqları gözümüzlə görürdük.
Yaxınlıqdakı mağazadan evə lazım olan ərzaq vasitələrinini alıb, əmək haqqı alanda isə ora ödəyirdik. 2 ay bizə əmək haqqı verilmədiyindən, mağazanın pulunu ödəyə bilmədik. İndi mağaza sahibi bizi məhkəməyə verib. Musa Vəliyev bizim pulumuzun arxasına keçib, biz mağazanın borcunu necə ödəyək?!
Mağaza sahibi də Musa Vəliyevlə danışıb, ona deyib ki, mən sənə pul verməyəcəm, işçiləri ver məhkəməyə, pulunu al.
Bu hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə məlumat verdik, amma işimizə baxmadılar. Musa Vəliyev necə tapşırıq verirsə, şikayətimizə baxan yoxdur. Dəfələrlə polisə xəbər vermişik, şikayəti əsassız sayırlar.
Dövlət tərəfindən ayrılan təzə traktorları aradan çıxarıb, gecəynən kimlərinsə adına saldırıb, şəxsi mal edirlər. Vasif Talıbov vəzifədən getsə də, onun “küləyi” qohum-əqrabasını hələ də idarə edir.
DTX Musa Vəliyevin də qaranlıq işlərini araşdırsa, görərlər ki, burda nə qədər yeyinti var. Bahalı keçilərin ətləri öz adamlarına paylanılırdı. Fermada 5 keçi olurdu, onu 2 keçi kimi qeyd edirdilər. Vasif Talıbov vəzifədən gedən ərəfələrdə fermanı bir gecədə qaynının adına keçirdi. Bu kimi halları bir gecədə edən adamdan biz qorxmayıb, nə edək?!
Məhkəmənin əli ilə o mağazadan aldıqlarımız bizə yox, fermanın sahibinə kəsilməlidir, çünki 2 aylıq əmək haqqımızı yeyiblər.
Onu da qeyd edim ki, deputat əhaliyə məxsus olan böyük torpaq sahələrini də qanunsuz yollarla ələ keçirib”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.