30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
23-10-2024, 18:37
18-10-2024, 10:38
FHN-dəki intim qalmaqal həmin ərəfədə xeyli müzakirə olundu. Lakin artıq bir müddət keçsə də, videodakı xanımlar ynə sərt tənqid edilir və onların aqibəti ilə maraqlanan yoxdur.
Bir müddət əvvəl mətbuatda da həmin xanımların demək olar ki, bütün həyatının alt-üst olduğu ilə bağlı məlumatlar yayıldı. İşsiz qaldıqları, evdən qovulduqları, övladlarının əllərindən alındığı məlum oldu.
Hətta zərərçəkənlərdən biri Zaur Mirzəyevi məhkəməyə verərək təzminat tələb etdi.
Zərərçəkmişin sözlərinə görə, Mirzəyevin hərəkətləri nəticəsində onun həyatı darmadağın olub - işini itirib, ailəsi dağılıb, uşaqları əlindən alınıb, sığınacaqda yaşamaq məcburiyyətində qalıb və s.
Bəs görəsən, hüquq müdafiəçiləri, feministlər həmin qadınların aqibəti ilə maraqlanırmı? Həmin qadınlar cəmiyyətə yenidən adaptasiya ola, iş tapa biləcəklərmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan feminizm fəalı, psixoloq Nərmin Şahmarzadə bildirib ki, ilk gündən bu məsələ onların diqqətindədir və gedişatı izləyirlər:
“Bu məsələ ilk gündən bizim diqqətimizdədir və biz hər birimiz bu haqda postlar yazırdıq, qadınların qınanılmasının, onların linç olunmasının əleyhinə çıxış edirdik. Hazırda da bu qənaətdəyik. Biz Daxili İşlər Nazirliyindən, prokurorluqdan publik formada tələb edirdik ki, özəl görüntülərin çəkilməsində, yayılmasında iştirak edən həmin şəxslə bağlı tədbir görülsün və qadınlar o adamdan həmçinin maddi təzminat tələb etsinlər. Çünki o qadınlar ola bilər ki, bu səbəbdən evlərini, iş yerlərini itiriblər və bu onlar üçün çox böyük itkidir, çünki qadınlar arasında uşaqlı olanlar var. Onların bu tələbatları nəzərə alınmalı və həmin şəxsə qarşı iddia qaldırılmalıdır.
Mən həmin şəxslərin məhkəməsinə getmişdim, sadəcə şəxsi həyatın toxunulmazlığına dair açılmış cinayət işləri qapalı keçirildiyi üçün təəssüf ki, zala keçə bilmədim.
Bu məhkəmələrdən detallı məlumat əldə edə bilmədim”.
Psixoloqun sözlərinə görə, o, bu məsələ həssas olduğu üçün zərərçəkən qadınlarla birbaşa kontakta keçməyib:
“Görüntüləri yayan şəxslə bağlı 3 qadın zərərçəkən məhkəməyə müraciət edib. Onlarla əlaqəyə keçmək məsələsinə gəldikdə isə iksi ilə bağlı dolayı yolla məlumatım var, onların vəziyyətləri ilə bağlı ətraflarındakı adamlar məlumat verirdilər, amma təəssüf ki, həmin qadınlarla birbaşa kontakta keçə bilmədim. Səbəb də o idi ki, bu keyslər çox həssasdır. Hətta dəstək üçün olsa belə, onlarla birbaşa kontakta keçmək həmin şəxs üçün narahatedici ola bilər. Bundan adətən çəkinirik. Zərərçəkənlər bu məsələlərdə bizə adətən özləri müraciət edir, yardım istəyirlər. Dəfələrlə publik paylaşdığımız məsələlərdə zərərçəkənlər özləri bizimlə kontakta keçərək yardım istəyiblər, yaxud sadəcə rahatlamaq üçün danışmaq istəyiblər. Amma FHN məsələsində adı hallanan şəxslərlə bağlı geridönüş ala bilmədik və ona görə hər hansı formada özüm yazıb narahat etmək istəmədim. Bildiyim qədərilə onların vəkillər var, lakin psixoloji məsələlər, ailə təzyiqləri ilə bağlı çox təəssüf ki, edə biləcəyim bir şey yox idi. Özləri bunu istəyərdilər, ya yox məlumatım yox idi”.