26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Milli Məclisin deputatı Fazil Mustafanın vəziyyəti stabildir.
Sozcu.info xəbər verir ki, bu barədə modern.az-a deputatın həyat yoldaşı Zülfiyyə Mustafayeva məlumat verib.
“Hazırda onun vəziyyəti stabildir. Xəstəxanadan evə nə vaxt buraxılacağı barədə bizə dəqiq məlumat verilməyib", - deyə deputatın xanımı bildirib.
Qeyd edək ki, martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədilib. Yaşadığı evin qarşısında sui-qəsdə məruz qalan deputat çiyin və ayağından yaralanıb. O, dərhal xəstəxanaya çatdırılaraq, əməliyyat olunub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.