27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Azərbaycan Sarıbaba yüksəkliyini götürərək, Ermənistandan Qarabağa gedən dağ-meşə yoluna nəzarəti ələ keçirib.
Sozcu.info xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Xəbərə əsasən, Azərbaycan nəzarəti ələ alsa da, bu yol boyu Ermənistanla müəyyən əlaqə hələ də saxlanılıb.
Qəzet Qarabağdakı mənbələrinə istinad etdiyi xəbərdə Azərbaycan Ordusunun torpaq yolu tutmadığını, yola yaxınlaşdığını və yol boyu hərəkətin etdiyini yazıb:
"Mənbələrimiz bu hərəkətin təhlükəli olduğunu bildirdi. Onların sözlərinə görə, yol Azərbaycanın hədəfindədir, ona görə də ermənilər ondan istifadə etməkdən çəkinir. Azərbaycan Silahlı Qüvvələri 1 kilometrə yaxın irəliləyib”.