Milli Məclis İranla bağlı bəyanat qəbul edəcək


Milli Məclisin plenar iclası öz işinə başlayıb. Spiker Sahibə Qafarova bildirdi ki, gündəliyin ilk məsələsi Milli Məclisin bəyanatının qəbul olunması ilə bağlıdır.

S.Qafarovanın çıxışından bəlli oldu ki, bəyanat İran parlamentinin əsassız bəyanatı ilə əlaqədar qəbul olunacaq.

Sədr qeyd etdi ki, aprelin 5-də İran parlaentində saxta və uydurma iddialar üzərində qurulmuş bəyanat qəbul olunub.

O, əlavə etdi ki, 30 il ərzində Azərbaycan torpaqlarının işğalına reaksiya verməyən İran Azərbaycanın İsraillə əməkdaşlığından narahat olur. “Hamı bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir və hansı ölkə ilə, necə münasibətlər qurması onun öz daxili işidir. İran parlamentini bu cür təxribatlara son qoymağa və ikitərəfli əməkdaşlığa zərər gətirən addımlardan çəkinməyə çağırırıq”, - sədr bildirdi.

Daha sonra Milli Məclisdə İrana etiraz bəyanatı hazırlamaq üçün komissiya yaradıldı.

Milli Məclis İran İslam Şurasının İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyən qərarına cavab olaraq bəyanat hazırlayıb. Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında müvadiq komissiyanın yaradılmasını təklif edib. Vitse-spiker Fəzail İbrahimlinin sədrlik etdiyi komissiyaya Cavanşir Paşazadə, Kamran Bayramov, Elşad Mirbəşir, Rafael Hüseynov, Afət Həsənova daxil edilib.



Oxşar Xəbərlər

Xəbər lenti