27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
“Bir-birilə münaqişədə olan dövlətlərin sərhəd xəttində təmas vəziyyəti varsa, belə olan halda tərəflərin hərbçiləri, adətən, 3 səbəbdən qarşı tərəfdə keçir”.
Sozvu.info xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Elxan Şıxəliyev deyib.
O, Şahbuz rayonu istiqamətində yolunu azaraq itkin düşən hərbçilərimizdən söz açıb.
Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi yaydığı açıqlamada hərbçilərdən birinin Ermənistan ərazisinə keçdiyini bildirib.
“Bunlardan birincisi odur ki, hərbçilər yollarını azaraq, marşrutu itirib və düşmən tərəfə keçə bilərlər. Belə olan halda da onların yaxalanması ehtimalı böyükdür. İkincisi, hərbçinin fərarilik etməsidir. Belə olan halda da düşmən tərəfə keçə bilirlər. Üçüncüsü isə ondan ibarətdir ki, kəşfiyyat-diversiya qrupları hərbçiləri postda əsir götürüb öz tərəflərinə apara bilər”, – amilləri sadalayıb.
Onun sözlərinə görə, hazırkı mərhələyə gəldikdə isə görmək olur ki, yalnız bu 3 variantdan biri ola bilər:
“Bu üçündən hansı olacaqsa, Müdafiə Nazirliyi bu barədə açıqlama verəcək. Ən azından, hərbçilər ya dəyişdirilə, ya da geri qaytarıla bilir. Çox güman ki, Ermənistan onları hərbi əsir kimi saxlayaraq, hər hansı bir dəyişmə ilə geri qaytaracaq. Onsuz da indiki mərhələdə qarşı tərəfə keçən hərbçilərin saxlanılması heç bir dövlətin marağında deyil. Biz ümumi nəticəni qiymətləndirməliyik ki, bu 3 nəticədən hansı əsasdır?”
“Hərbi tapşırıq nə olursa-olsun, daxili nizamnamə çərçivəsində araşdırma həyata keçirəndə bu, aşkarlana bilər. Komandirin günahı olar-olmaz, bu, öz yerində.
Əsasən, belə hallar olanda Hərbi Prokurorluq araşdırma aparıb onu müəyyən edir. Fakt isə göstərir ki, yuxarıda sadaladığım 3 variantdan biridir. Təbii ki, Hərbi Prokurorluğun araşdırmasından sonra Müdafiə Nazirliyi açıqlama verəcək”, – tamamlayıb.