Prezident Naxçıvandakı nümayəndəsinə müavin təyin etdi


Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinə müavin təyin olunub.

Sozcu.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Samir Əhməd oğlu Seyidəhmədli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini təyin edilib.

Qeyd edək ki, Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Vahid oğlu Nəcəflidir.



Oxşar Xəbərlər

Xəbər lenti