26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
“Əfsuslar olsun ki, ilk dəfə deyil bölgədə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müsbət addımlar atılanda, biz Ermənistan tərəfindən törədilmiş siyasi-hərbi təxribatların şahidi oluruq”.
Sozcu.info xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın dünənki təxribatından danışarkən deyib.
Nazir bu hadisəni planlaşdırılmış təxribat adlandırıb: “Erməni komandirin və müavininin orada olması o deməkdir ki, hadisə onların əmri ilə baş verib və bu, hər hansı adi hərbçinin fəaliyyəti deyil. Bu, düşünülmüş hadisədir. Ermənistan təhrikçi addımlardan çəkinməlidir. Bunun nəticələri Ermənistan üçün ağır olacaq”.
qafqazinfo.az