27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Ombudsman Aparatı silahsız Azərbaycan hərbçisinə qarşı Ermənistanda işgəncə görüntüləri ilə bağlı bəyanat yayacaq.
Bu barədə Sozcu.info-ya Aparatdan məlumat verilib.
"Ombudsman Aparatının bəyanatı yaxın zamanda dərc olunacaq", - deyə rəsmi açıqlamada bildirilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun itkin düşən əsgəri Axundov Hüseyn Əhliman oğlu Ermənistan ərazisində saxlanılıb. Onun Qafan rayonunda tutulduğu bildirilib. Sosial şəbəkələrin erməni seqmentində azərbaycanlı əsgərin foto və videoları yayılıb.
Kadrlardan göründüyü kimi, H.Axundov Ermənistanda saxlanıldıqdan sonra amansız işgəncələrə məruz qalıb.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki hərbçisi əsgərlər - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər.