Kəmaləddin Heydərov icra başçısının oğlunu işdən çıxardı


Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun Fövqəladə Hallar Nazirliyində vəzifədə çalışan iki oğlundan biri vəzifəsindən azad olunub. 

Sozcu.info-nun əldə etdiyi məlumata görə, uzun müddətdir işə çıxmayan Samir Qaraşov Fövqəladə Hallar Nazirliyinin Maliyyə Baş İdarəsinin nəzdində Nəzarət Təftiş İdarəsinin rəis müavini vəzifəsindən çıxarılıb. 

Qeyd edək ki, Nəzarət Təftiş İdarəsinin rəisi, polkovnik Qəşəm Məmmədovun əmri ilə icra başçısının digər oğlu - Seymur Qaraşovun rəis müavini olduğu Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində yoxlamalar aparılır. 

Yaxın vaxtlarda Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi, daxili xidmət general-mayoru Rüfət Fəradovun vəzifəsindən azad olunacağı gözlənilir. 

Ehtimal edilir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov general-mayorun yerinə polkovnik Seymur Qaraşovu təyin edəcək. 



Oxşar Xəbərlər

Xəbər lenti