27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
“Buta Farm” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimə olunub.
Sozcu.info-nun əldə etdiyi məlumata görə, MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) maddəsi ilə inzibati qaydada protokol yazılıb.
Protokol araşdırılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.
İşə baxılması üçün hakim Elməddin Hüseynovun icraatına verilib.
Məhkəmə baxışı aprelin 19-na təyin olunub.
Qeyd edək ki, bu maddə üzrə protokol məhkəmə tərəfindən təsdiq olunarsa, o zaman vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
“Buta Farm” MMC məşhur apreklər şəbəkəsidir.