Azərbaycan və İran XİN başçıları telefonla danışdılar


Aprelin 14-də xarici işlər naziri Ceyhun Bayramovla İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

Azərbaycan XİN-dən bildirilib ki, telefon danışığı zamanı nazirlər Azərbaycan və İran arasında ikitərəfli münasibətlərdə mövcud vəziyyəti müzakirə ediblər.

Tərəflər danışıqların davam etdirilməsi və zərurət olacağı təqdirdə ikitərəfli səfərlərin həyata keçirilməsinin mümkün olduğunu bildiriblər.

Nazirlər, eyni zamanda regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

qafqazinfo.az



Oxşar Xəbərlər

Xəbər lenti