İran şahzadəsi Rza Pəhləvi İsrail kəşfiyyatının başçısı ilə görüşəcək - "O gün yaxındır"


Sozcu.info xəbər verir ki, sonuncu İran şahi Məhəmməd Rza Pəhləvinin böyük oğlu Rza Pəhləvi İsrailə səfər edəcək. Bu barədə məlumatı İsrail hökumətinin mətbuat xidməti verib. İranın keçmiş şahzadəsini İsrailin Kəşfiyyat naziri Qila Qamliel qəbul edəcək.

Səfər zamanı Pəhləvinin bu il 17-19 aprel tarixlərində keçirilən Avropa Yəhudilərinin Fəlakət və Qəhrəmanlıq Günü münasibətilə rəsmi tədbirlərdə iştirak edəcəyi gözlənilir.

Mətbuat xidmətinin məlumatına görə, İsrailə səfəri zamanı oğul Rza Pəhləvinin yerli hakimiyyətin nümayəndələri ilə görüşlər keçirməsi, İsrailin sutəmizləmə mexanizmləri ilə tanış olması, Qüdsdə Ağlama divarını ziyarət eləməsi, İsraildə yaşayan İran yəhudilərinin icmasının üzvləri, XIX əsrin ortalarında İranda meydana çıxmış və hazırda qadağanla üzləşmiş bəhai dininin təmsilçiləri ilə görüşməsi planlaşdırılıb.

Pəhləvi nə vaxtsa İsrailə səfər eləmiş “ən yüksək səviyyəli İran ictimai xadimi olacaq”. İsrail hakimiyyəti bu səfərin məqsədinin “İsrail ilə İran xalqı arasında körpü yaratmaq və ayətulla rejiminə qarı birgə müqavimətin ifadəsi olduğunu” deyib. Rza Pəhləvinin İran taxt-tacının varisi olduğu xəbərdə iki dəfə qeyd edilib.

Xanım Qamlilel Pəhləvini “İranda ayətulla rejiminə alternativ olan liderliyin təcəssümü” adlandırıb. Kəşfiyyat naziri deyib: “İranı idarə edən ekstremistlərdən fərqli olaraq, taxt-tacın varisi sülh və tolerantlıq dəyərlərini müdafiə edir”. Qamlilelin sözlərinə görə, keçmişdə iki ölkənin xalqları mehriban münasibətlərdə olublar: “Bu gün biz xalqlarımız arasındakı münasibətlərin bərpası yolunda ilk addımımızı atırıq”.

Pəhləvi də öz növbəsində İranın indiki hakimiyyətini kəskin tənqid edərək qeyd edib ki, iranlıların çoxu İsrail ilə dinc və dostluq münasibətləri dövrünü xatırlayırlar. Onun fikrincə bu münasibətlərin pozulmasında İslam inqilabı günahkardır.

Pəhləvi və edib: “Demokratik İran İsrail  və ərəb qonşularımızla əlaqələrini bəpra eləməyə çan atır. Mənim fikrimcə, bu gün hər zamankından daha yaxındır”.



Oxşar Xəbərlər

Xəbər lenti