“Azərbaycanla münasibətlərdə nisbi uğurun şahidi oluruq” – İran XİN

"İran diplomatik prosesdə son zamanlar iki ölkə münasibətlərində yaranmış gərginliyi diplomatik təşəbbüslərlə aradan qaldırmağa çalışıb”.
Sozcu.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bu gün keçirdiyi ənənəvi həftəlik brifinqdə Azərbaycan-İran münasibətlərindən bəhs edərkən deyib.
“İran münasibətləri idarə etmək üçün siyasi və diplomatik yanaşmadan istifadə etdi, xoşbəxtlikdən bu prosesdə nisbi uğurun şahidi oluruq. Xarici işlər nazirləri arasında keçirilən üç raund telefon danışıqları bizi mövcud vəziyyətdən çıxmaq və iki ölkə arasında gərginliyi azaltmaq üçün ümumi yanaşmaya aparan müsbət hadisə oldu. Və bunun əsasında bizim bu istiqamətdə atacağımız fəaliyyətlər, addımlar müəyyən edilir. Problemləri və anlaşılmazlıqları aradan qaldıraraq iki ölkə arasında mehriban qonşuluq siyasətinə əsaslanan münasibətləri təbii və faydalı prosesə yönəltməyə ümid edirik. İran İslam Respublikası bu istiqamətdə səylərini davam etdirəcək”.



Oxşar Xəbərlər

Xəbər lenti