27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
“Ermənistanla Azərbaycan arasında sülh sazişi o halda mümkündür ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyar”.Sozcu.info TASS-a istinadla xəbər verir ki, bunu çərşənbə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib."Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi o zaman gerçəkləşəcək ki, hər iki ölkə aydın şəkildə, qeyri-müəyyənliklər və tələlər olmadan bir-birinin ərazi bütövlüyünü tanıyacaq və gələcəkdə ərazi iddialarının olmayacağı ilə razılaşacaq. Mən təsdiq edirəm ki, Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır. Və biz Azərbaycanın da eyni addımı atmasını - Ermənistan SSR ərazisini Ermənistan Respublikası kimi tanımasını gözləyirik”, - deyə Paşinyan bildirib.Ermənistan Nazirlər Kabinetinin rəhbərinin sözlərinə görə, sülh sazişinin təminatı üçün beynəlxalq mexanizmlərin formalaşdırılması çox vacibdir, əks halda sazişin imzalanmasından ertəsi gün yeni müharibə və ya yeni eskalasiya başlaya bilər.