27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
“Azərbaycanın güclü ordusu var və son illərdə xüsusi təyinatlı Komando hərbi hissələri yaradılıb. Onlar da yüksək döyüş hazırlığındadırlar. Ehtiyatda olan hərbi qulluqçuların antiterror əməliyyatlarının keçirilməsində iştirak etməsinə ehtiyac yoxdur”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli ehtiyatda olan hərbi mükələffiyətli şəxslərin təlimə çağırılması məsələsindən söz açarkən deyib.
Müsahibimiz aydınlaşdırıb ki, dünyanın hər bir ordusunda ordunun şəxsi heyətindən başqa ehtiyatda olan hərbi qulluqçuları da var:
“Onlar da vaxtaşırı çağırılıb təlimlərə cəlb edilir. Burada yeni silahlar və döyüş təlimləri olur. O silahlara uyğun olaraq da təlimdə iştirak edənlər məlumatlı olmalıdır. Ona görə də ehtiyatda olan hərbi qulluqçular məhz bu məqsəd üçün çağırılır və onların antiterror məsələsi ilə bağlı heç bir əlaqəsi yoxdur”.
Mütəxəssis əlavə edib ki, təlimlər hansı qoşun növləri üzrə olursa, o üzrə də ehtiyatda olan hərbi qulluqçular çağırılır:
“Məsələn, tutaq ki, Bakı birləşməsində təlimlər olursa, o istiqamətə məxsus ehtiyatda olan hərbi mükələfiyyətlilər çağırılır. Qısası, ümumrespublika toplanışı olur. Bunlar da illik plana uyğun olaraq çağırılır. Səfərbərlik toplanışına çağırışda isə 1 həftə - 10 gün öncədən çağırılan şəxslər məlumatlandırılır ki, filan vaxtda, filan yerdə təlim olacaq”.
Hərbi analitikin fikrincə, müharibənin başlamasına gəldikdə isə ölkə Prezidenti ya qismən, ya da ki, ümumi səfərbərlik edir:
“Səfərbərlik olunanda şəxs 24 saata çağırılıb lazımi yerə göndərilir. Ona görə də təlimlərlə səfərbərlik məsələsi bir-birindən ayrı məsələlərdir və onların funksiyaları özünəməxsus olur.
Bütün ölkələr sülh dövründə bu kimi toplanışları edir ki, ehtiyatda olan hərbi qulluqçular yeni silahları, döyüş taktikalarını bilib hazırlıqlı olsunlar. Ən əsası isə orduda olan əsgərlərlə döyüşə hər zaman hazır olmaqdır”.